Türkiyənin Suriya və İraqda apardığı əməliyyatlar İranı niyə narahat edir? Çağatay Balcı-eksklüziv

Analitika 12:02 10.10.2016
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin analitiki Çağatay Balcı İranın İraq və Suriyada apardığı məzhəb siyasətini “Eurasia Diary”y üçün şərh edib.
 
Son günlərdə Başika düşərgəsi ətrafında olan gərginlik Türkiyə və İraq arasında münasibətlərə mənfi təsir göstərib.Türkiyənin öz sərhədləri daxilində təhlükəsizlik məqsədilə İŞİD terror təşkilatı ilə mübarizəsi və bu kontekstdə İŞİD-in İraq sərhədləri daxilində  fəaliyyətinə həmlə etməsi İraq hökumətini narahat edir.  Hətta İraq beynəlxalq platformada Türkiyənin bu həmlələrinə qarşı sanksiya tətbiq olunması tələbi ilə daha fərqli istiqamətlərdə çıxış edir. 
 
İraqın, Başika düşərgəsi ilə bağlı olaraq BMT yanındakı cəhdləri, ABŞ-ın Türkiyənin sərhədi xaricində apardığı əməliyyatları   "qeyri-qanuni"  səciyyələndirməsi  sözügedən gərginliyin beynəlxalq miqyasını  ortaya qoyur.
 
Türkiyə və İraq arasında sözügedən gərginliyin regional təsirə malik olduğu diqqətdən kənarda qalır. Son 6-7 ildir ki, regional tarazlığı formalaşdıran aktorların önündə gedən  İranın Başika böhranı ilə bağlı davranışı hamının maraq dairəsindədir.  İran bu böhranın böyüməməsi üçün çalışır və diplomatik tövsiyyələr verir.  Böhran İranın nüfuzunun artmasına səbəb olacağına görə, İranın diqqət mərkəzindədir.  
 
Türkiyənin Suriyada apardığı “Fərat Qalxanı” hərəkatı və İraqda İŞİD  ilə mübarizə çərçivəsindəki fəaliyyətləri İran üçün bölgədə son illərdə tutduğu mövqeyə qarşı "təhdid" kimi qəbul edilir.  Bu barədə  narazılığını müxtəlif rəsmi açıqlamalar ilə dilə gətirən İran Türkiyənin Suriya və İraqdakı əməliyyatlarının  bir an əvvəl sona çatmasını istəyir. 
 
İranın Suriya və İraqdakı varlığı ilə Türkiyənin Suriya və İraqdakı varlığını müqayisə etdikdə nələr ortaya çıxır? İran, Suriya böhranının başlanğıcından etibarən birbaşa və dolayı vasitələrlə bu prosesə daxil olub.  İŞİD-də 2014-ci ildə İraqda əldə etdiyi hakimiyyət dairələrinə qarşı eyni vasitələrdən istifadə edib. Bu gün, demək olar ki, hər gün İran İnqilab Qvardiyasının yüksək rütbəli komandirləri və zabitləri Suriyadakı toqquşmalarda öldürülür.  İran İraqda "Şiə Qurtuluş Ordusu" yaratmaq istəyir. İran Suriyadakı faktiki mövcudluğunu (şəxsən öz ordusu ilə), İraqda isə Şiə məzhəbinin, məzhəbçiliyin  siyasiləşdirilməsinin ən yüksək həddini yaradaraq buna hazırlaşır. 
 
İranın regiondakı strateji mövqeyini gücləndirmək naminə apardığı geo-məzhəbsəl siyasəti və bunun əks olunması son dərəcə açıq bir şəkildə özünü büruzə verir. Bəs İran Türkiyənin daxili təhlükəsizlik problemlərinin önündə  gedən,  terrorizmin iki əsas mənbəyi olan PKK/YPG-PYD və İŞİD  terror təşkilatları ilə mübarizə aparmaq üçün atdığı addımlardan  nəyə görə narahatdır? Türkiyənin faktiki olaraq və açıq şəkildə iki ölkənin sərhədləri daxilində yeritdiyi strateji proqramlar beynəlxalq və regional baxımdan narahatlıq yaratmır.  Türkiyənin öz təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasət və təşəbbüslər  İranda nəyə görə pis  qarşılanır?
 
Türkiyənin bu bölgələrdə xaosu bəsləyən məzhəbsəl siyasəti yoxdur, sadəcə təhlükəsizlik məqsədilə əməliyyat aparır, üstəlik də öz ordusunun köməyilə bunu həyata keçirir. Türkiyəyə qarşı  "başqa dövlətlərin ərazisində qeyri-qanuni olaraq yerləşmə" tənqidi  İrana  niyə yönəldilmir?

Müsahibə: Əli Mirhəşimli

Tərcümə: Vüsalə Əlövsətqızı

 
 
QafqazSAM-ın analitiki Çağatay Balcı
 
NİİM əhaliyə müraciət etdi – VİDEO

Xəbər xətti

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
NİİM əhaliyə müraciət etdi – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
08:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Hamısı