Fransa həmsədrini dəyişdi münaqişənin həllinə yanaşma isə dəyişməz qalır

Analitika 13:43 21.10.2016

Fransa ATƏT-in Minsk qrupundakı həmsədr dəyişdirilib. Diplomat Pyer Andryönü Stefan Viskonti əvəz edib.

S.Viskonti əvvəl Fransanın Latviyadakı səfiri olub.

Qeyd edək ki, Minsk qrupu Azərbaycanıın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış missiyadır. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci il martın 24-də Helsinkidə keçirilmiş görüşündə yaradılıb.

Azərbaycan, ABŞ, Almaniya, Belarus, Rusiya, Fransa, Polşa, Türkiyə, Finlandiya, İsveç və Ermənistan Minsk qrupun üzvləridirlər.

1996-cı ilin dekabrından isə ABŞ, Fransa və Rusiya diplomatlarından ibarət həmsədrlik yaradılıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik, Rusiya təmsilçisi isə İqor Popovdur. Yeri gəlmişkən, C.Uorlik 2013-cü ilin avqustundan, İqor Popov isə 2011-ci ildən bu vəzifəni daşıyırlar.

Minsk qrupunda fransalı həmsədri başqa bir fransız diplomatın əvəzləməsinin Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə heç bir təsir göstərməyəcəyini qəti şəkildə bildirmək olar. Çünki münaqişənin həllində əsas söz sahibi onlar deyil. Sadəcə olaraq, bu əvəzləmə Dağlıq Qarabağın işğal altında olduğunu, onun azad edilməsinin vacibliyini bir daha xatırlamaq və baş verənlər haqda bir neçə kəlmə demək üçün imkan yaradıb.

Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ və Rusiya rəsmilərinin dediklərini xatırlatmaq istərdik.

ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda Aspen Elmi Tədqiqat İnstitutu və “Atlantik” həftəlik dərgisinin təşkil etdiyi 8-ci illik forumda deyib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün şərait hələlik yaranmayıb. Müasir dünyada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi bir neçə dondurulmuş münaqişə var və onların nizamlanması hazırda mümkünsüz görünür".

Problemin həlli ilə bağlı Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib: "Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür və bu məsələnin yaxın gələcəkdə həllində böyük nikbinliyin olduğunu da deməzdim. Ancaq Rusiya münaqişənin sona çatması üçün səylərini əsirgəməyəcək. Biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və Yerevanla işləməyə davam edəcəyik".

Azərbaycan Prezidenti İlham Əliyev Con Kerrinin bəyanatına münasibət bildirərək deyib: "Bu, yumşaq desək, təəccüb doğuran bir bəyanatdır. Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Digər tərəfdən, bax, bu bəyanat o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Amma hər halda bu sözün artıq ortaya çıxması bizim böyük uğurumuzdur. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz. Düzdür, indi müxtəlif bəyanatlar verilir ki, bu ifadələr kontekstdən çıxarılıb, düzgün başa düşülməyib. Biz hər şeyi yaxşı başa düşürük və bu gün internet dövründə yaşayırıq. Haradasa bir kəlmə deyilirsə, dərhal onun əks-sədası olur. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər. Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada “beşinci kolon”a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt, olmayacaq".

İki həmsədr ölkə təmsilçisinin belə çıxışı ATƏT-in Minsk qrupunun əhəmiyyətsiz olduğunu bir daha sübut edir. Çünki onun həmsədrləri münaqişənin həlli ilə bağlı öz məsuliyyətlərini yerinə yetirməkdən, işğalçının - Ermənistanın Azərbaycan torpaqlarından çıxmasına nail olmaqdansa, müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa, mövcud status-kvonu uzatmağa çalışırlar. Digər tərəfdən isə hadisələrin gedişindən məlum oldu ki, Vaşinqton və Moskva bir-birinə qarşı hikkəsini Dağlıq Qarabağ məsələsində nümayiş etdirirlər.

Azərbaycanın bir haqlı tələbi var: Ermənistan işğal altında saxladığı torpaqlardan qoşunlarını çıxarsın. Minsk qrupu həmsədrləri isə bu istiqamətində fəaliyyət göstərməkdənsə, atəşkəsdən və s. münaqişənin həllinə ciddi təsir göstərməyən bu sayaq aidiyyəti olmayan işlərlə məşğul olur, bəyanatlar verməklə işlərini bitmiş sayırlar.

Bu baxımdan, 1915-ci ildə Osmanlı dövlətində ermənilərlə bağlı baş verən hadisəni "erməni soyqırımı" kimi tanıyan Fransadan da fərqli nəsə gözləmək doğru olmaz. Çünki Paris Moskva və Vaşinqtonun ağzına, erməni lobbisinin isə əlinə baxır. ATƏT-in Minsk qrupundakı fransalı yeni həmsədr də öz sələfindən heç nə ilə seçilməyəcək. 


Sədrəddin İsmayılov, Report

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Hamısı