Yaxın Şərq və yeni dünya nizamı iddiaları Böyük siyasətin bir fraqmenti

Analitika 12:36 25.11.2016
İndi mütəxəssislər yeni dünya nizamı haqqında regional münaqişələr kontekstində danışmağı sevirlər. Burada bir məntiq vardır. Çünki Yer kürəsinin müxtəlif guşələrində özünü göstərən ixtilafların qlobal geosiyasi güclərlə əlaqəli olduğuna şübhə yeri qalmayıb. Eyni zamanda, dünya üzrə əlaqələr o dərəcədə inkişaf edib ki, bir yerdə baş verən hadisə ilə qlobal situasiya arasında bağlılıq avtomatik olaraq ağıla gəlir. Lakin siyasi baxımdan məsələnin hiyləgər tərəfi də məhz bu məqamla bağlıdır. Bəziləri həmin faktordan çıxış edərək dünyada baş verən prosesləri bir məntiqi sapa düzməyə çalışırlar. Bu zaman əsas sifarişçi, yəni ABŞ unudulur. O cümlədən Hələb, Mosul, Rakka ilə əlaqədar yaranmış situasiyanın təhlilində Vaşinqtonun geosiyasi planlarının təsirini ciddi surətdə nəzərə almaq lazım gəlir. Bu aspektdə Yaxın Şərqdə Osmanlı İmperiyasının mirasının kimlər arasındasa bölüşdürülməsindən danışmaq qeyri-korrekt olardı. Əsas odur ki, burada müsəlman dövlətçiliyinə, mədəniyyətinə, tarixi ənənələrinə, İslamın həqiqi mahiyyətinə zərbələr vurulur və yerli ölkələr bu böyük planın əsirinə çevrilib. Bu baxımdan söhbət İslam dünyasını, bu məkanda olan tarixi dövlətçilik ənənəsini parçalamaqdan, bütövlükdə islamofobiyaya hüquqi don geydirməkdən gedə bilər. Prosesin ən qorxulu tərəfi də elə məhz bundan ibarətdir.
 
Geosiyasətin klassik üsulları və müasirlik: daha incə planlar yolunda
 
Ekspertlərin Yaxın Şərqdə cərəyan edən proseslərə yeni dünya nizamının yaranması kontekstində yanaşması məntiqidir. Tarixən bu bölgə böyük dövlətlərin aktiv surətdə öz maraqları uğrunda mübarizə apardığı məkan olub. Xüsusilə Avropa və Amerikada imperiyaların güclənməsi ilə regionda hadisələr daha qarışıq xarakter alıb. Birinci və İkinci dünya müharibələri isə Yaxın Şərq üçün əsl "parçala və hökm et" prinsipinin həyata keçirilməsi yeri oldu.
 
Tarixçilər və geosiyasi nəzəriyyə ilə məşğul olanlar yaxşı bilirlər ki, son 300 ildə Yaxın Şərqdəki bütün oyunlar Osmanlı İmperiyası üzərində qurulub. Çünki həmin məkanda yalnız bu dövlət bütün ərazilərə nəzarət edirdi və ən əsası xristian imperialist ölkələri buraya buraxmırdı. Bu siyasətin nəticəsi Osmanlının parçalanması və Qərbin böyük dövlətlərinin Yaxın Şərqdə yeni oyunlar ssenarisi hazırlaması oldu. Keçən əsrin əvvəllərində isə başlıca olaraq Böyük Britaniya Yaxın Şərqdə ərazi və nüfuz uğrunda savaşa girişmişdi. Həmin prosesin detallarına varmağın mənası yoxdur. Burada onu vurğulayaq ki, hələ də Sayks-Piko adlanan gizli sövdələşmənin mənfi fəsadlarını bölgə xalqları və dövlətləri öz üzərində hiss edirlər.
 
Üstəlik, XXI əsrin başlanğıcında situasiyaya daha güclü qüvvələr daxil oldu. Onların başında ABŞ gəlir, əlavə olaraq Rusiya, Çin, İran və artıq güclənmiş Türkiyə də var. Bununla da keçmiş Osmanlı ərazilərində nüfuz uğrunda mübarizədə Osmanlının sələfi sayılan Türkiyə də iştirak edir. Bu, XX əsrdə mövcud olmuş vəziyyətin xeyli dəyişdiyini göstərir. Konkret desək, parçalanmış imperiya ərazisində güclənmiş bir türk dövləti öz xələflərinin əraziləri uğrunda savaşa qoşulub.
 
Etiraf edilməlidir ki, hazırda yaranmış durum olduqca mürəkkəbdir. Ekspertlərə görə, burada aparıcı aktor Türkiyə, yaxud Rusiya deyil. İrandan söhbət getmir, Çinin də lider olmadığı qənaəti var. Aparıcı qüvvə kimi, XX əsrdə olduğu kimi, Qərb dövlətləri çıxış edirlər. Ancaq "birinci skripkaçı" anqlo-fransız cütlüyü və ya alman dövləti deyil, Amerika Birləşmiş Ştatlarıdır. Onun başçılığı ilə Mosulun azad edilməsi əməliyyatının keçirilməsi bu aspektdə qlobal siyasətin vacib elementi kimi təqdim edilir.
 
Burada analitiklər Amerikanın ona rəqib olan böyük dövlətlərin planlarını pozduğundan bəhs edirlər. Belə ki, bu ölkə Çinin "Yeni İpək Yolu" layihəsinin İran-İraq-Suriya kəsimində nəqliyyat yolunu dağıdır, Rusiyanın Suriyadakı mövqeyini zəiflədir, Avropa dövlətlərini isə öz nəzarətində saxlamaqla Sayks-Piko sövdələşməsini tarixə gömür. İran, ümumiyyətlə, sakitcə kənarda təhlükəli qüvvə kimi saxlanılır – onunla bir qədər sonra hesablaşacaqlar. Türkiyəni isə hətta regional güc səviyyəsindən aşağı salaraq, "yedək qüvvə" statusuna endirməyə cəhd edilir. Bütövlükdə belə təəssürat yaranır ki, İŞİD bu cür qlobal məqsədlərə çatmaq üçün istifadə olunan dağıdıcı faktor kimi formalaşdırılıb. Həmin mövzuda müsəlmanlara iki cəhətdən zərbə vurulub.
 
İki istiqamətdən vurulan zərbələr: ABŞ-ın sirli addımları
 
Birincisi, dünyanın müxtəlif ölkələrindən müsəlman gənclərini aldadaraq naməlum savaşa cəlb edib, onların terrorçu obrazını yaradıblar. Nəzərə almaq lazımdır ki, gənclik hər bir etnosun gələcək enerjisidir. Əgər kimsə müsəlmanların bu enerjisini terror üzərinə kökləyirsə, bütövlükdə İslam sivilizasiyasının qəbrini qazır. Baxın, indi dünyanın hər yerində hər kəs İŞİD-in məhvindən danışır. Burada döyüşənlərin şiddətindən, orta əsr üsulları ilə cəza kəsmələrdən bəhs edilir. Onu dünyanın ən qorxunc qüvvəsi, şeytanı hesab edirlər. Ancaq oradakıların hər birinin üzərində müsəlman adı var. Deməli, bütün bəlalar müsəlman gəncliyindən qaynaqlanır? İŞİD-i meydana gətirənlərin İslam aləminə vurduğu ən böyük zərbə, hesab edirik ki, bundan ibarədir.
 
İkincisi, Amerika dünyanın 60-dan çox ölkəsini İŞİD-lə mübarizə strategiyası altında bir koalisiyaya yığmaqla tarixi məsuliyyəti öz üzərindən atır. Vaşinqton sanki qüsursuzdur, terrorla mübarizədə hamını başına yığıb, dünyanın lideri olmağa layiqdir. İnanın ki, qəbul etsək də, etməsək də İŞİD-lə mübarizə pərdəsi altında bu obraz yaradılır. Özü də indi amerikalılar daha hiyləgər mövqe tutublar – əməliyyatlarda birbaşa özləri deyil, başqaları iştirak edirlər. Onlar əsas olaraq müsəlmandırlar. Təsəvvür edin – öldürən də, ölən də müsəlmandır. Hamısı da "Allahu Əkbər" deyərək öz dindaşına güllə yağdırır. Fərqi yoxdur, vuruşan rəsmi dövlət ordusunun əsgəridir, yaxud "gerilla" deyilən döyüşçüdür, istər "radikal dini qrup üzvü", "vəhşi işidçi, əl-qaidəçi, cəbhət ən-nusraçı" və ya başqası olsun. İraq, İran, Səudiyyə Ərəbistanı, Türkiyə, Suriya, Liviya, Livan, Misir ordusunun əsgərləri də öz dindaşlarına atəş yağdırırlar. Bütövlükdə Yaxın Şərqdə müsəlman müsəlmana güllə atır, biri digərini düşmən hesab edir.
 
Nədir bu proseslərin arxasında duran maraq? Hər şeydən əvvəl, müsəlmanların bir-birinə düşmənçilik ssenarisi kənarda yazılır, ona uyğun idarə edilir (istər Qərbin siyasi liderlərinin "obyektiv və humanist" tezisləri olsun, istər onların hərbi mütəxəssislərinin bu və ya digər qruplaşmada təlimçi kimi görünməsi olsun, istərsə də məzhəb mənsubluğu təəssübkeşi qismində canıyananlıq etsinlər – bunlar arasında elə də fərq yoxdur, çünki hamısı sistemli şəkildə müsəlmanları bir-birinə qırdırırlar).
 
Məsələ əsla bununla məhdudlaşmır. ABŞ başda olmaqla Qərb imperializmi geosiyasi dividend qazanır. Qərb müsəlman dövlətçiliyini zəiflətməklə Yaxın Şərqdə bu sahədəki vəziyyəti dəyişməyə çalışır. Məsələn, kürdləri dəstəkləyib, onları yerli xalqlarla düşmən edərək, onların dövlətini yaratmaq vədini verərək, sonu görünməyən tarixi ixtilaf yetişdirirlər. Cənubi Qafqazda bunun kiçik modeli Ermənistandır. Vaşinqton, əlavə olaraq, özünün geosiyasi rəqiblərinə dünya liderliyində əngəl törədir. Xüsusilə Çinin iqtisadi və maliyyə cəhətdən güclənməsinə, onun qlobal ticari sistem yaratmaq planlarına ciddi maneələr yaradır. Məsələ ondan ibarətdir ki, dünyanın müxtəlif regionlarında müharibələr olduqda, vahid və işlək iqtisadi və nəqliyyat sistemi yaratmaq imkansız olur. Burada risklər, qeyri-müəyyənliklər artır və dünyanın istənilən nöqtəsində xaosun meydana gəlməsi ehtimalı qalır.
 
Konkret olaraq, Çinin öz sərhədləri yaxınlığında da həssas lokal məkanlar yaradılıb. İndi Pekinin Asiya-Sakit okean hövzəsi dövlətləri ilə kifayət qədər mübahisəli məsələləri vardır. Deməli, həm Yaxın Şərqdə, həm də Uzaq Şərqdə – Cənubi Çin dənizi, Mallaka buxtası və s. – Çinin planlarına əngəl ola biləcək "atəş yuvaları" vardır.
 
Bütün bunlarla yanaşı, ABŞ-ın yeni dünya nizamı planlarında Yaxın Şərqin müsəlman dövlətləri üçün də "sürprizlər" Mosul, Rakka, Hələb məsələlərində özünü aydın göstərir. Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Suriya, İraq və başqaları öz iradələrindən asılı olmayaraq amerikan planlarının müxtəlif parçaları kimi hərəkət etməyə məcbur qalırlar. İran radikal etirazçı, Türkiyə öz maraqlarının qismən təmin olunmasında israrçı, Suriya və İraq qurbanlar, Səudiyyə Ərəbistanı isə "sözə baxmayan uşaq" kimi kənarda saxlanan qüvvə obrazındadırlar. Onların hamısı həm proseslərin içində, həm də Vaşinqtonda hazırlanan fəaliyyət məntiqinin daxilində qalan ölkələrdir. Baxın, ABŞ Türkiyənin hansısa bir hərəkətinə qəzəblənir və deyir ki, "göz yummayacağam". İrandan söhbət düşəndə isə "qətiyyən olmaz" tezisi ortaya çıxır. Suriyaya münasibət məlumdur. İraq hökuməti Vaşinqtonun əmrlərini yerinə yetirməklə və ölkə daxilində İran-ABŞ maraqlarını tarazlamaqla məşğuldur. Ər-Riyadın hansısa hərəkətinə qarşı ya beynəlxalq məhkəmə qərarı çıxarırlar, ya da onun rəqiblərini hərəkətə gətirirlər. Belə görünür ki, Yaxın Şərqdə Amerikanın əli olmadığı bir "salamat dövlət" yoxdur.
 
İndi gəlin, belə bir şəraitdə yeni dünya nizamını qurun! Yaxud Qərbin bir sıra analitiklərinin gəlişigözəl məntiqi kombinasiyalarından ədalətli dünya yaradın. Bəzi analitiklərinisə özlərinin oradan-burdan seçdiyi faktları müasir terminlərlə bəzəyib, dünya nizamı ilə bağlı "analitik yazı" kimi təqdim etməsi lap gülməli görünür (bax: məs., Алеппо, Мосул и новый миропорядок: Кто получит Османское наследство? / "Regnum", 1 noyabr 2016). Bu zavallılar anlamırlar ki, belə yazılarla, əslində, elə amerikalılara qulluq edirlər. Yerli xalqlar və ölkələr isə ciddi bir şey qazanmırlar. Necə deyərlər, böyük oyundan kiçik pay almaq da bir müstəqil mövqe tələb edir.

Newtimes.az

 

İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO

Xəbər xətti

Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Hamısı