Neftin belə sürətlə bahalaşacağı gözlənilmirdi Ekspert - Eksklüziv

Analitika 16:14 02.12.2016
30 noyabrda Vyanada keçirilən OPEC-in novbəti görüşündə vacib qərarlar qəbul olunub. Bundan sonra neftin qiyməti dünya birjalarında sürətlə bahalaşmağa başlayıb. "Eurasia Diary" informasiya portalı bununla bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirlərini öyrənib. 
 
Eurasia Diary: OPEC-in son görüşündə bir sıra qərarlar qəbul olundu. Nəticədə neftin qiyməti sürətlə artdı. Neftin belə bahalaşacağını gözləyirdinizmi?
 
İlham Şaban: Vyanada keçirilən OPEC-in konfransı haqqında müşahidəçilər qeyd edirlər ki, son 10 ildə bu cür mürəkkəb konfrans olmayıb. OPEC-in qərarları sürpriz oldu. Gördüyünüz kimi, bazara şok təsir bağışladığından 10 faizdən çox artım oldu. Birja nümayəndələri gözləmirdilər ki, hansısa qərar qəbul ediləcək,  1. 2 milyon barrel olması məsələsi həqiqətən gündəmə gələcək.  Konfransdan bir gün öncə neftin qiymətlərində inamsızlıq var idi. Belə ki, qiymət 2 faiz endi və 46 dollar oldu. Konfransdan sonra 52, daha sonra 54.5-ə yüksəldi və hazırda isə 53.6 dollardır. 
 
 
 
Eurasia Diary: Bundan sonra nələr olacaq, gözləntiləriniz necədir?
 
İlham Şaban: Hələ neftin qiymətində artma, azalma olacaq. 3-5 dollar artma-azalma bazar üçün problem deyil. OPEC və qeyri-OPEC ölklərinin dekabrın  9-da yeni görüş olacaq. Burada əsas məqsəd qeyri-OPEC ölkələrinin gələn il 600 min barrel gündəlik hasilatının azaldılması məsələsində kompromisə gəlməkdir. Rusiyanın enerji naziri iki bəyanatla çıxış etdi və Rusiyanın hasilatı 300 min barrel azaltmaqla bağlı artıq dünya ictimaiyyətinə açıqlama verdi. Bu açıqlama, təbii ki, bazarı xeyli canlandırdı. 
 
Bilirsiniz ki, noyabrın 30-da verilən qərar hələlik kağız üzərindədir. Bazardan 1.2 milyon barrel yığışdırılmayıb. Bu, onu göstərir ki, bazara informasiyanın təsiri var. 
 
Ayın 10-da OPEC hesabat verəcək və neft ölkələrinin nə qədər barrel çıxartdığı bəlli olacaq. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, oktyabr ayında gündəlik hasilat öz normasından 1.6 milyon barrel çox oldu. İraq höküməti  hesabat açıqlanandan sonra irad tutdu və qeyd etdi ki, İraq göstəriləndən çox neft hasil edib. Bundan sonra da qiymətlər kəskin şəkildə azaldı. Belə açıqlamalar, bəyanatlar qiymətlərə təsir edir. Bundan başqa, OPEC ölkələrindəki iqtisadi vəziyyət, Çinin ticarət əməliyyatları da neftin qiymətinə təsir edən amillərdəndir. 
 
Eurasia Diary: Reuters-in bugün yaydığı məlumatda qeyd olunur ki, OPEC-in məlum qərarlarının qəbulunda Rusiya prezidenti Vladimir Putin böyük rol oynayıb. O, Səudiyyə Ərəbistanı ilə İran arasında olan fikir ayrılığına baxmayaraq, neft hasilatının azaldılmasına dair onların razılaşmasına nail ola bilib. Bu haqda nə deyə bilərsiz?
 
İlham Şaban: Bu məsələdə bir neçə vacib faktor var. Birincisi Rusiya artıq iki ildir ki, neft hasilatına görə, dünyanın lider ölkəsidir. Rusiyada keçən il 10.5 milyon, bu il isə 11, 2 milyon barel gündəlik hasilat olub. Bu ölkə neft hasilatının həcminə görə dünyada söz sahibidir. İkinci iqtisadi-siyasi faktor odur ki, Rusiyanın rolu, təsir dasirəsi əvvəlki illərə nisbətən genişlənir. Vladimir Putinin verdiyi bəyanatlar neftin qiymətinə təsir edir. Dünya birjaları onun bəyanatlarını ciddi qəbul edir. Amerikanın bəyanatları birjalara necə təsir edirsə, Rusiya da bu məsələyə təsir göstərmək imkanına malikdir. 
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
Hamısı