Misir Dəmir yolunda hərc-mərclik serialının tamaşası davam edir Eksklüziv

Analitika 10:50 05.12.2016
Misir Dəmir yollarında faciələrlə dolu qatar qəzaları davam edir. Demək olar ki, hər gün günahsız insanların qanı axır. Qəti cavab gözləyən çoxlu suallar meydana gəlir. Xüsusilə, son statistik məlumatar göstərir ki, axırıncı on il ərzində hər ay 10 qəza hadisəsi baş vermişdir. Nəqliyyat nazirliyinin məlumatına görə, Misirdə yol qəzalarında ildə 6 min şəxs həyatını itirir, 30 min nəfər isə yaralanır. 
 
Məsul şəxslər bəyanatlarında iddia edirlər ki, dəmir yol şəbəkəsində xidmətin səviyyəsinin yüksəldilməsi proqramı çərçivəsində ona daxil stansiyalarda, müxtəlif növ vaqonlarla işləyən qatarlarda son zamanlar nəzərə çarpacaq şəkildə irəliləyiş müşahidə edilir. Belə ki, bu məqsədlə 93.5 milyon funt vəsait ayrılaraq stansiyaların elektron cihazlarla təchizi həyata keçirilmiş, 30-a qədər stansiyada, 250 vaqonda yüksək səviyyəli xidmət təşkil edilmiş, kondensionerlər quraşdırılmışdır. Həmçinin dəmir yollarının keçdiyi  yerlərdə avtomobillər üçün körpülər salınmış və tunellər qazılmışdır. Dəmir yollarında hərəkət zamanı texniki və təmir xidmətləri göstərən xüsusi şirkət təsis edilmişdir. Bu sahədə işin səmərəliyini artırmaq məqsədilə  20 vilayətdə 345 dəmir yolu keçidinin yenidən qurulması işlərinə başlamaq, qatarların hərəkətinin peyklər vasitəsilə idarəsini təmin edən elektron nəzarət  (GPS) sisteminin tətbiqi üçün əlavə olaraq 200 milyon funt məbləğində vəsait ayrılmışdır. 
 
Lakin Asyutda baş verən,  bu vilayətin Mənfəlut şəhərində məktəbliləri daşıyan abtobusla qatarın toqquşması nəticəsində 51 uşağın vəfatı ilə nəticələnən qəza  sübut edir ki, Misirdə qəza hadisələri hələ ki, sona çatmamışdır, bu məsələ xüsusi bir şəkildə diqqət və marağa möhtacdır. 
 
Misirdə dəmir yol şəbəkəsinin ümumi uzunluğu 9570 kilometrdir, stansiyaların ümumi sayı 705 olub onlardan 22 əsas, 59 mərkəzi, 60 aralıq və 564-ü isə kiçik stansiyalardır. Sərnişin vaqonlarının sayı 3500-dür, onlardan 850-si kondensionerli vaqon olub Misir dəmir yoı şəbəkəsində olan müxtəlif növ lokomotivlərə qoşulur ki, onların da sürəti saatda 90-120 kilometrdir.
 
Misir dəmir yolunda müxtəlif mərkəzi texniki idarələrdə bütün ixtisaslar üzrə 86000 işçi çalışır. Dəmir yolu baş idarəsi yeddi coğrafi ərazi idarəsindən ibarət olub şimaldan cənuba, qərbdən şərqə uzanan şəbəkəni əhatə edir. Baş idarə özündə həmçinin bir neçə iri istehsal müəssisəsini birləşdirir. Bunlardan hərəkətdə olan texniki vasitələrin, binaların, avandanlığın və s. təmir və texniki xidmətini həyata keçirən müəssisə, onun tabeliyində olan və bütün yerli idarələri bir-birilə bağlayan xüsusi təyinatlı mərkəzi rabitə qovşağını  göstərmək olar.
 
Son illər ərzində Misir çoxsaylı qatar qəzalarına şahid olmuşdur. Belə ki 1993-cü ildə Qahirədən 90 kilometr uzaqlığda iki qatarın toqquşması nəticəsində 12 nəfər ölmüş, 60 nəfərsə yaralanmışdır. 1995-ci ildə kəskin dumanda bir qatarın o birinin  arxa hissəsilə toqquşması nəticəsində 75 şəxs ölmüşdür. 1997-ci ildə Asuanın şimalında siqnal sistemində nasazlıq üzündən iki qatarın toqquşması nəticəsində 11 nəfər ölmüşdür. 1998-ci ildə İskəndəriyyə yaxınlığında dəmir yolunun son həddində dayana bilməyən qatarın relsdən çıxması və stansiya binasına girməsi nəticəsində  50 nəfər ölmüş və 80 nəfər yaralanmışdır. 1999-cu ildə Qahirə ilə İskəndəriyyə arasında yolda  qatar  yük avtomobili  ilə toqquşaraq relsdən çıxmış və nəticədə 10 nəfər həyatını itirmiş, 7 nəfərsə yaralanmışdır.  
 
2002-ci ildə Misir tarixində ən böyük qatar qəzasının şahidi oldu, Yuxarı Misirdə qatar yandı. Bu hadisədə bütün dünyanın insani hisslərini lərzəyə salan yüzlərlə adam öldü. 2006-cı ildə Şərqiyyə vilayətində iki yük qatarı toqquşdu və 45 adam öldü. Elə həmin ildə də iki qatar toqquşdu, onlardan biri Mənsurədən çıxıb Qahirəyə yönəlmişdi, o biri isə Bünhədən çıxıb eyni istiqamətdə hərəkət edirdi. Qəlyuba çatanda qatarlar bir-birilə toqquşmuş, ölənlərin sayı 80 nəfərə çatmış, yaralıların sayısa 163-ü ötmüşdür. 2008-ci ildə Marsa Matruh şəhəri yaxınlığında qatarın sərnişin avtobusu ilə toqquşması nəticəsində 44 nəfər ölmüşdür. 2010-cu ildə İskəndəriyyədən Mənsurə istiqamətində  hərəkət edən sərnişin qatarının Dəmənhur şəhərində hərbi qatarla  toqquşması çoxlu insanın ölümü və yaralanması ilə nəticələndi. 2012-ci ildə Qizə vilayətində iki qatardan birinin lokomotivinin relsdən çıxıb o birisilə toqquşması nəticəsində ölən olmasa da 4 sərnişin yaralandı. 
 
Bu hadisələr axını sübut edir ki, Dəmir yol baş idarəsi hərc-mərclik və böhranla üzləşmişdir, o təmizlənməli və yenidən qurulmalıdır.
 
Misir qatarlarının birində maşinist işləyən Eyd Əbdülvədud deyir ki, öz vəzifəmi yerinə yetirəndə hər gün üzləşdiyim faciənin səbəbi lokomotivlərin nasazlığı, vaqonların sərnişin daşınması üçün yararsız olması, siqnal cihazlarının aramsız olaraq sıradan çıxması,  siqnal sisteminin işləməməsi, onların qatarların hərəkəti vaxtı  gözlənilmədən dayanması, qatarlarınsa işarələr olmadan hərəkətə davam etməsi nəticəsinda baş verən qəzalardır. Həmçinin lokomotivlərin yarıdan çoxu nasazdır, işə yararlı vəziyyətdə deyildir. Ehtiyat hissələri çatmır. Lokomotiv daxilində ETC cihazı vardır ki, o da “Qatarın  qara qutusu” adlanır. Bu cihaz vasitəsilə qatarın sürəti, məsafə, staniyaya daxil olma vaxtı müəyyənləşdirilir. Maşinistlərin çoxu onun barədə heç nə bilmir, çünki, onların hazırlığı yoxdur. Qatarların özlərinin qapıları da nasaz vəziyyətdədirlər. Onların çoxu hərəkaət vaxtı bağlanmır, bu da bədbəxt hadisələrin baş veməsi ehtimalını yüksəldir. 
 
Keçidlər barədə bunu demək olar ki, qatar hərəkətə başlayan anda stansiya nəzarətçisi keçiddəki növbəçiyə göstəriş verməlidir ki, onu ya açsın, ya da bağlasın. Lakin bu baş vermir, çox zaman maşinist qarşısında ya avtomobil, ya adam görür.  Açıq keçidlər çoxsaylı adamın ölümünə səbəb olur. Bəzən sərnişinlər fövqəladə hal əyləclərini   basmaqla çoxsaylı qəzalara səbəb olurlar. Həmçinin qatı dumanlıq vaxtı stansiyaya daxil olmanı bildirən fosfor işarələr də olmur, nəticədə maşinist qatarın stansiyaya daxil olduğu zaman partladılan kapsülanın tüstüsünə arxayınlşmağa məcbur olur. Bununla da  fosfor işarələrini görməyən maşinistin qəza törətməsinin qarşısını almaq istəyirlər. 
 
Keçid nəzarətçisi Səbri Nəhnuş bildirir ki, Misirdə dəmir yol keçidlərində özbaşınalıq və anarxiya hökm sürür, işçilər piyadaların və maşınların hərəkətini tənzimləyə bilmirlər, bundan əlavə keçidlərin yaxınlığında mikroavtobus dayanacaqları yerləşir ki, bu da onlarla bədbəxt hadisənin baş veməsinə səbəb olur.

Əhməd əl - Əzhəri

 
 
 
 
 
 
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Hamısı