50 şəhidin son sözləri... Oğuz Ayvaz yazır

Yazarlar 17:00 14.09.2022

Bu ölkə şəhidlərin qanıyla ayaqda qalır...

50 insan… 50 şəhid… Arxa fonda ağlayan yüzlərlə, minlərlə adamların gözyaşları, əzabları...

Hərbi xidmətdə olmamışam, heç vaxt əlimə silah alıb döyüşlərə getməmişəm. Müharibəni kitablardan, filmlərdən, qazilərdən öyrənmişəm. Savaş təkcə qanla, şəhidliklə, torpaqla bitmir, savaş insan taleyini də işğal edir.

İçimdə dərinliyi bilinməyən hüzn, sükut bayrağı əsir. Bayraq uğrunda canlarını fəda edən əsgərlər gözümdə canlanır. Onların da arzuları, üfüqdə parıldayan xəyalları vardı.

Azərbaycanın 100 ildir ki, gündəmi şəhidlərdir. Millət olaraq ürəyimizə od kimi düşən acı dolu hekayələr yaşayırıq. Şəhid atası oğlunun ölümünə dözmədi, ürəyi partladı.

Bir dəfə türkiyəli siyasətçi Ruhi Ərsoyun şəhid olan əsgərin 5 yaşlı qızı ilə dialoqu sarsıtmışdı məni.

Uşağın əlində bərk-bərk saxladığı mavi şar vardı.

- Bir yerdə oynayaq? - dedim.

- Olmaz, partlasa ölərəm.

- Partlasa, mən sənə minlərlə şar alaram.

- Olmaz, bu şarı atam şişirdib, içində onun nəfəsi var.

Şəhid olan əsgərlərin övladları intiqam hissləri ilə böyüyəcək və cəbhədə döyüşmək üçün can atacaq. Atasının qisasını almaq üçün böyüyəcək. İstənilən halda müharibə istəməsəm də, ölkə olaraq, xalq olaraq taleyimizdən qaça bilmirik. Müharibə Azərbaycanın taleyidir.

Təsəvvür edin, birinci Qarabağ müharibəsində ermənilər tərəfindən əsir götürülən azərbaycanlıya nə qədər işgəncə verirlər ki, onun dilindən “Qarabağ ermənilərindir!” sözünü eşitsinlər, mümkün olmur. Axırda üstünə benzin töküb yandırılar. Adam yana-yana da “Qarabağ bizimdir!” deyib qışqırır. Dəhşətlidir... Sözlərin belə güllələndiyi andı...

Sözsüz ki, savaş amansızdır, heç kim heç kimin ölümünü istəməz. Dünya ədəbiyyatı, kinosu heç vaxt müharibəni təbliğ etmir. Onun necə vəhşiliklər törətdiyini, bəşəriyyətə vurduğu zərbələri, insan talelərinin faciələrini göstərir. “Əsgər atası”, “Pianoçu”, “Şindlerin siyahısı”, “Fəryad” filmlərini yada salın. Müharibəni yaradanlar, təşkil edənlər, torpaq uğrunda insanları bir-birinə qırdırır, sonrası göz yaşları, iztirablar, əzablar...

Ancaq bəzən bu göz yaşları, iztirablar və əzablar alın yazısına çevrilir.

Müharibə dayansın!

Uşaqlar, analar ağlamasın!

Göz yaşları qurusun, yerinə ağaclar pöhrələsin, çiçəklər açsın...  

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
Hamısı