SEPAH İranda hərbi çevriliş edə bilər?

Analitika 03:09 09.07.2025

Son İsrail-İran müharibəsindən sonra ekspertlər xəbərdarlıq edirlər ki, İslam Respublikası uzunmüddətli strateji təhlükə olaraq qalır. Təkcə nüvə ambisiyalarına görə yox, bəzilərinin fikrincə, İranda yalnız gücə hörmət edən bir rejim formalaşıb.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iranlı baş tədqiqatçısı Beni Sabti “The Times of Israel”ə deyib: “Bu, rejimin mahiyyəti ilə bağlı problemdir. Əgər siz yalnız diplomatiya ilə gəlsəniz və onlar sizin əlinizdə yekə bir çomaq görmürlərsə, həmən sizin zəif olduğunuzu düşünəcəklər".

Sabti ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin danışıqlar zamanı “Yumşaq danışın, ancaq əlinizdə yekə bir çomaq tutun” fikrinin arxasında dayanan həqiqətə işarə edir. Onun fikrincə, etibarlı güc təhdidi olmasa, tək diplomatiya çətin ki, Tehranın ambisiyalarına mane olsun.

ABŞ-ın İranın nüvə obyektlərinə avia-zərbələri ilə nəticələnən 12 günlük münaqişə əsas obyektlərə ziyan vurub. Nəticədə nüvə silahı istehsalını gecikdirmiş ola bilər, lakin Sabti bunun təhlükənin mahiyyətini kökündən dəyişmədiyini iddia edir.

"Rejim yerindədir. Biz onları yer üzündən silməmişik".

Corciya Texnologiya İnstitutunun nüvə mühəndisliyi üzrə professoru Dr.Anna Erikson qeyd edib ki, İran hücumdan əvvəl təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş uran ehtiyatına sahib olub, bu da on nüvə bombası hazırlamaq üçün kifayətdir.

Beni Sabti deyir ki, söhbət təkcə raket və nüvə proqramından getmir. Söhbət rejimin sabitliyindən gedir. ABŞ və İsrailin hücumları zamanı SEPAH generalları, qərargahı və hətta bədnam Evin həbsxanası hədəf alınmışdı: “Əgər İsrail daha bir neçə gün öz hücumlarını davam etsəydi, kim bilir, bəlkə də indi İranın molla rejim artıq sıradan çıxmışdı”.

“The Times of Israel” qəzetinə danışan İvrit Universitetinin Harri S. Truman adına Sülhün İnkişafı İnstitutunun əməkdaşı Menahem Merhavy deyib ki, İran indi həmişəkindən daha çox təcrid olunmuş vəziyyətdədir: "İranın heç bir müttəfiqi yoxdur. Son hadisələr İranın nə qədər tək olduğunu sübut etdi”.

O, İraq, Yəmən, Suriya, Qəzza və Livandakı terrorçu vəkil güclər də daxil olmaqla, “müqavimət oxu”nun ciddi şəkildə zəiflədiyini və yaxın illərdə onların yenidən güclənəcəyinə ümid qalmadığını vurğulayıb.

Menahem Merhavy deyir ki, növbəti beş ildə biz daha zəif, əgər o da qalsa, müqavimət cəbhəsi görəcəyik.

İsrail qəzeti yazır ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücuma keçəndən sonra ciddi itkilər verib. Hazırda İsrail ilə zəifləmiş HƏMAS arasında potensial atəşkəs və girovların azad edilməsi barədə razılaşmanın müzakirələri davam edir.

Livanda bir vaxtlar İranın ən güclü tərəfdarı olan "Hizbullah" da ağır itkilərlə üzləşib. Səudiyyə mediası bu yaxınlarda bildirib ki, qrupun İsraillə 2024-cü ilin noyabrında atəşkəslə başa çatan müharibəsi zamanı təxminən 4000 Hizbullah döyüşçüsü, həmçinin komandirlər və yüksək səviyyəli liderlər öldürülüb.

12 günlük İsrail-İran müharibəsi zamanı İranın bütün vəkil gücləri prosesdən kənarda qalıb. İranın Yaxın Şərqdəki terror şəbəkəsinin zəifləməsi rejimin özünün vəziyyətinə də açıq şəkildə sirayət edib.

"İran rejimi zəifdir. Biz çomağı onların başının üstündə saxlamalıyıq", - Beni Sabti deyir.

Son iğtişaşlara və artan təzyiqlərə baxmayaraq, həm Merhavy, həm də Sabti İranın rejim dəyişikliyi astanasında olduğuna şübhə ilə yanaşır.

"Rejim dəyişiklikləri adətən hava bombardmanı şəklində gəlmir", - Merhavy deyir.

86 yaşı olan Ali lider Əli Xamneyinin yaxın gələcəkdə əvəz olunacağı gözlənilir, lakin onun potensial varislərinin əksəriyyəti ideoloji baxımdan radikaldır. Namizədlər arasında onun oğlu Müctəba Xameneyi, rejimin yüksək səviyyəli üzvləri Sadiq Laricani və Möhsün Araki və İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni də var.

Merhavynin fikrincə, bu namizədlər rejimin ideoloji kursunu qoruyub saxlasalar da, daha ehtiyatlı davrana bilərlər. İddiaçılar Ali liderin yolunu davam etdirəcəklər, lakin Xamneyinin yolu ilə getmək İrana çox baha başa gələ bilər.

"İranda inqilab təəccüblü şəkildə baş verə bilər. Ola bilər ki, iki saatdan sonra, bəlkə də iki aydan sonra İranda üsyanlar olacaq. Biz inqilabın hansı səbəbdən olacağını bilmirik, bildiyimiz o ki, İranda qəzəb və iğtişaşlar üçün ciddi zəmin var və bu, uzun illərdir belədir".

Sabti hesab edir ki, hərbi çevriliş İran üçün daha məqbuldur: "Bu, yalnız yuxarıdan ola bilər. Bəzi generallar - SEPAH və ya ordudan kimlərsə iqtidara nəzarəti ələ keçirsə, bu rejimi daha mötədil edə bilər ... Əgər bu, çevriliş cəhdi xalqdan gəlirsə, bu aşırı zoraklıqla müşahidə olunacaq".

Qəzet bildirir ki, İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib. Bildirib ki, biz İran xalqı ilə yox, İran rejimi ilə düşmənik. İsrail İran xalqına azadlıq arzulayır. Oxşar müraciətlə Donald Tramp da çıxış etməlidir. Amerika prezidentinin belə bir çıxışı İran xalqına ciddi təsir göstərmək gücündədir.

Müəllif: Elbəyi Həsənli

Mənbə: Modern.az

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
Hamısı