Əhməd niyə cinayət törədib?

Yazarlar 16:00 15.02.2024

Ednews Oğuz Ayvazın “İnsanın içində yatan qətlin kodu” adlı yazısını təqdim edir. 

Bütün qətllər, əslində, ağlasığmaz və qeyri-adi olur. Qətllər və qatillər tarix boyu "niyə?" sualı yaradıblar. Bu cinayəti niyə törətdi? Bu cinayətin arxasında nələr var? Psixologiyasında problem varmı?

Uzaq keçmişdə qətllərin baş verməsi, qatilin necə üzə çıxması haqqında sənədli filmə baxmışdım. Keçmiş cinayətlərin izinə düşən prokuror baş verən cinayət hadisələrinin çoxluğundan özünü itirir. O, işini dəyişir, ömrünü bu mövzuya həsr edir: "İnsanı qətlə aparan səbəb nədir?"

Hüquqda təqsirsizlik prezumpsiyası deyə bir anlayış var. Çoxunuz bu anlayışı eşitmisiniz. Bir cinayətin kim tərəfindən edildiyi tapılana qədər hətta tutulanlara belə qatil demək olmaz. Lakin bu yaxınlarda baş verən Əhmədin amansız qətli və özünün etirafı təqsirsizlik prezumpsiyasının üstündən çalın-çarpaz xətt çəkdi. 

Hamı bu cinayətin səbəbləri ilə maraqlanır. Hər kəsin öz rəyi var. Əhməd psixoloji problemləri olan bir gəncdir. Əhməd özündə olmayıb. Anlaqsız olub. Ailəsi bu cinayət üçün zəmin yaradıb. Onun psixoloji vəziyyətini bilə-bilə taksi şirkətinə düzəldib. Əhməd 15 yaşında birini öldürüb və ailəsi bu qətli ört-basdır etmək üçün Əhmədə "dəli kağızı" alıb. Sonra isə o kağızı aradan götürüb qəhrəmanı taksist ediblər. Yəni deyirlər ki, Əhmədin həyatı ilə oynayıblar.

Hamı artıq qatili də tapıb, qatilin cinayəti etməsinin — ailə üzvlərini öldürməsinin səbəbini də tapıb. Biri də deyir ki, Əhməd Azərbaycan ailə modelini dağıdıb. Alqışlar! Çox mühüm bir nöqtəyə vurğu edib müəllif. Digər bir məsələ var ki, bu da məni ciddi mənada narahat edir. Cinayət prsosesini mobil telefonu ilə çəkən insan. O insanın cinayəti səssiz-səmirsiz seyr etməyi də dəhşətlidir. O tamaşaçı internet əsrinin köləsinə çevrilənlərin simvolizə edib. Cinayəti izləyən tamaşaçı kimi davranan bu insan duyğularını, emosiylarını, hisslərini virtual aləmdə basdırmış şəxsdir. Əhmədin timsalında əsl cinayətkarların kölgəsi də bu qətlin üzərinə düşür. Gələcəyin robotlaşmış insanı dediyimiz qonşu atıq bu günün internet zombisinə çevrilib. 

Əhmədin üzünə baxanda onun heç də bu cür sosioloji mesaj verən birinə oxşamadığını görürük. Üstəlik, qətl elədiklərinin içində azyaşlı da var. Yəni ailə modelinə zərbə vurmaq istəyən biri, hansısa mesajın dərdində olan adam azyaşlını öldürməz. "Behzat Ç" serialında həkim və onun köməkçisi obrazları var — Barbaros və Muzo. Onlar təxminən səkkiz cimayət hadisəsi törədirlər. Lakin onlar düşünürlər ki, bu cinayətlər mesaj xarakterlidir. Yəni haqqı olanı öldürərək başqalarına mesaj verməyə çalışırlar. Bu vəziyyət mübahisə yaradır. Tərəflərdən biri dahiyanə bir sual verir: "Kimə mesaj veririk? Kim anlayır bu mesajı?"

Bütün cinayətlərdə mesaj axtarmaq doğru deyil. Ümumiyyətlə, cinayətlər mesaj versə belə, içində öz anlaşılmazlığını qoruyub saxlayır. Heç bir cinayəti tamamilə açıb-ağartmaq olmur. "Niyə?" sualını Qabil-Habil cinayətindən tutmuş düz indiki cinayətlərə kimi gətirib çıxarmaq olar. Cinayət tədqiqatlarının əsasında insanın xarakterinin dəyişməzliyi dayanır. İnsan daim dəyişən və əvvəlkinə bənzəməyən biridir. Onu heç vaxt axıra kimi başa düşmək mümkün deyil. Nə psixologiya, nə sosiologiya, nə cinayət tədqiqatı, nə ədəbiyyat, nə də qeyri sahələr insanı anlamaqda kifayət etmir. İnsan mürəkkəb varlıqdır. İnsanın içində qətl kodu var. İnsanın bu qətl kodunu açmaqda ona mane olan bəzən hüquq sistemi, həbs qorxusudur. Yoxsa bütün insanlar qatilə çevrilərlər. Bu haqda hətta filmdə var: "Arınma gecəsi". Dövlət bir gün təyin edir və həmin gün hər şey sərbəstdir. Hətta öldürmək də. Nəticədə kimin kimdən xoşu gəlmir bu günə saxlayır və onu aradan götürür.

Qətl ən kiçik səbəbdən də törəyə bilər, heç bir səbəb olmadan da. Dünyada bu cür qətllərə yüzlərlə nümunə var. Kaçinskini götürək, o məşhur riyaziyyatçı idi. Bir gün texnologiyanın insanları əsir alacağını düşünürdü. Ertəsi gün poçt vasitəsilə bombalar göndərib insanları öldürdü. Yaxud məktəb yoldaşlarını öldürən almaniyalı uşaq, Norveçdə 70-dən çox adamı öldürən terrorçu? Axı bir mənası varmı? Fikir verirəm ki, qatilə haqq qazandırmaq istəyən, onun mesajı olduğunu deyənlər var. Halbuki cinayətlərin verdiyi mesaj nə olursa olsun, cinayətlər lazımsız və mənasızdır. Heç bir yaraya dərman deyil. Tutalım, hansısa qatil dünyadakı gender pozuqluğuna qarşı cinayət işləri görür. Nə olacaq? Onun cinayət törətməyi ilə gender məsələsi həll olunacaq? Ona görə də Tövratdakı məşhur əmrdə olduğu kimi: "Öldürmə".

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı