Oğul Baydenin xilası

Yazarlar 16:15 07.12.2024

Co Baydenin səlahiyyətlərini təhvil verməsi əsnasında oğlunu əfv etməsinin ciddi tənqid hədəfinə çevriləcəyi əvvəldən aydın idi. Belə çıxır ki, çox vaxt özünü belə unudan ata Bayden hakimiyyətdən getməmişdən əvvəl ərkəsöyün oğluna son hədiyyəsini etməyi unutmayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Gürcüstandakı siyasi vəziyyəti şərh edərkən hökuməti qanunun aliliyini qorumağa çağırıb. Vaşinqton rəsmisi Gürcüstanda nümayişçilərə qarşı “hədsiz güc tətbiqi”ndən narahatlığını dilə gətirib: “Biz Gürcüstan hökumətinə qəti şəkildə qanunun aliliyinə, insan haqqları və əsas azadlıqlarına riayət etməyi məsləhət görürük”. 

ABŞ-nin demokratlar administrasiyasının maraqlarına zidd davranan dövlətlərin hakimiyyətlərinə qarşı “qanunun aliliyi”, “insan haqları”, “əsas azadlıqlar”, “jurnalistlərin təqibi” adı altında basqı etməsinə bütün dünya öyrəncəlidir. Polis zorakılığı, kriminal, qanunverici orqana sirayət etmiş korrupsiyanın tüğyan etdiyi bir dövlətin rəhbərliyinin digərlərinə siyasi etika dərsi keçməsinə artıq önəm verən də yoxdur. 

"Papanın gül balası"

Ancaq Vaşinqton rəsmisinin Gürcüstan hökumətinə “dərs keçmək” istədiyi bir vaxtda ABŞ-nin birinci şəxsi, prezident Co Baydenin özünün qanunun aliliyini tapdaq altına salması istehza doğurur. Söhbət seçilmiş prezident Donald Tramp demişkən, “yuxulu Co”nun həmin qanunun aliliyini qulaqardına vuraraq cinayət törətmiş oğlunu əfv etməsindən gedir. Narkoman, əyyaş və tüfeyli həyat sürən Hanter Baydenlə bağlı cinayət işi 2018-ci ildən davam edir. Onun vergidən yayınma və qanunsuz silah saxlama maddələrinə əsasən cinayət törətdiyi bildirilir. 2023-cü ildə oğul Baydenə qarşı konkret ittiham irəli sürülüb və məhkəmə qərarı qüvvədədir. İndi isə hakimiyyətlə vidalaşmaqda olan ata Bayden Hanteri ədalətin məngənəsindən qurtarmaq üçün əfv etmək qərarına gəlib. ABŞ-nin demokratlar administrasiyasının başında duran şəxs olduqca “demokratik” addım ataraq cinayətkara qarşı qanunun “aliliyi”nin necə təmin olunduğunu əyani nümayiş etdirib. 

Baydenin qanuna həqarət olan bu qərarının ciddi tənqid hədəfinə çevriləcəyi əvvəldən aydın idi. Çox vaxt özünü belə unudan ata Bayden belə çıxır ki, hakimiyyətdən getməmişdən əvvəl ərkəsöyün oğluna son hədiyyəsini etməyi unutmayıb. Demokrat prezident addımına bununla haqq qazandırıb ki, “Hanter məhz onun oğlu olduğuna görə təqib edilir”: “Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə bu qərarı qəbul etdiyini anlayacaqlar”. Şübhə yoxdur ki, anlayacaqlar, ancaq anlaşılmayan başqa məqamlar da var. Məsələn, eyni maddələrlə ABŞ-də cinayət törətmiş, yaxud qanunun tələblərindən gizlənmiş minlərlə amerikalı var və onların hamısı kimlərinsə övladlarıdır. Məntiqlə, onların da valideyinlərinin eyni əsasla övladlarının əfvini tələb etməyə haqları var. Bəyəm ABŞ hamının, o cümlədən prezidentlə sıravi amerikalıların bərabər hüquqlara malik olduğu ölkə deyil?

Trampın qisası

Baydenin cinayətkar oğlunu əfv etməsi gözlənildiyi kimi, respublikaçılar cəbhəsində hiddətlə qarşılanıb. Prezidentin ittiham olunan oğludur deyə qanunu pozması bir yana, seçilmiş dövlət başçısı Trampa qarşı irəli sürülmüş məhkəmə işlərinin hələ unudulmadığı bir vaxtda bunu etməsi xüsusilə maraqlıdır. Aydındır ki, Tramp hadisəyə reaksiya verməyə bilməzdi. Ən azı ona görə ki, demokratlar administrasiyası onun yenidən prezident seçilməsini əngəlləmək üçün barəsində nə az, nə də çox - düz 34 ittiham üzrə iş qaldırıb. Bir il bundan əvvəl Trampın bu ittihamlar fonunda yenidən prezidentliyə namizəd olacağına, hətta bir daha seçiləcəyinə inananlar o qədər də çox deyildi. Bu baxımdan, barəsində məhkəmə işini dəf edərək yenidən Ağ Evə sahib çıxmış Trampın kiçik Baydenin əfvini səssiz qarşılayacağı ağlabatan görünmür.
Vəkillər Todd Blanş və Emil Bouv artıq bəyan ediblər ki, əgər belədirsə, onda Tramp barədə qaldırılmış iddialar da ləğv olunmalıdır. Çünki ortada Baydenin özünün baiskarı olduğu presedent var. Əgər ata Bayden kiçik Baydenin prezident oğlu olduğuna görə təqibə məruz qaldığını düşünürsə, Trampa qarşı qaldırılmış iddialar da onun siyasi görüşlərinə görədir: “Trampın siyasi baxışları Vaşinqtondakı korrupsiyalaşmış siyasətçilər üçün təhlükə olmasaydı, bu ittihamlar heç vaxt qaldırılmazdı”. 

Demokrat administrasiyanın anti-demokratikliyi

Baydenin oğluna münasibətdə qanunsuz üzgörənliyi ABŞ-nin demokratlar hakimiyyəti illərində qəbul edilmiş bir çox kritik qərarların legitimliyini sual altına alır. Oğul Baydenə münasibətdə tətbiq edilmiş əfv onun məhz prezident oğlu olduğuna görədirsə, deməli, merkantil və şəxsi maraqları güdən bu kimi addımlar az olmayıb. Əgər problemi şəxsi və daxili müstəvidən beynəlxalq platformaya transformasiya etsək, demokratlar administrasiyasının yürütdüyü siyasətin bir çox hallarda qərəzli və məqsədli olduğunu görərik. Uzağa getməyək, Gürcüstan hökumətinin sıxışdırlması ona görə edilir ki, Tbilisi Qərbin tələblərinə boyun əymir. Bakıda uğurla başa çatan COP29-a qarşı gözdənsalma kampaniyası ona görə aparılırdı ki, demokratların gözləntiləri cavabsız qalmışdı, erməni dostlarının bəzi xülyaları Azərbaycan tərəfindən qətiyyətlə rədd edilirdi. Bir az da tarixə varsaq, yenicə prezident seçilmiş Bayden dövlətinin maraqlarına zidd gedərək “erməni soyqırımı”nı ona görə tanıdı ki, türk və islam dünyasına patoloji nifrəti var.

Son günlərini yaşayan Bayden administrasiyası ABŞ tarixinə ən uğursuz iqtidarlardan biri kimi daxil olacaq. İlk gündən seçki saxtalaşdırmaları hesabına hakimiyyət olimpinə qalxmış Baydenin dörd ildən sonra biabırçı şəkildə seçki prosesindən çəkilməsi, yerinə irəli sürülən namizədin isə bir vaxtlar səslərini oğurladıqları Trampa məğlub olması, onun hakimiyyətinin silinməz ləkəsidir. Onun bu rəzalət yolunun son anlarında cinayət törətmiş oğlunu əfv etməsini amerikalılar illər sonra yəgin ki, “Hantergeyt” adı ilə xatırlayacaqlar...

Müəllif: Rüstəm Qaraxanlı

Mənbə: Kaspi.az

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Black Caspian Logistics and Trading” şirkətlər qrupu Omanla əməkdaşlığı genişləndirir
07:23 05.06.2025
12 ölkənin vətəndaşlarına ABŞ-yə giriş qadağan edildi
01:33 05.06.2025
ABŞ BMT TŞ-nın Qəzzayla bağlı qətnaməsinə veto qoydu
00:18 05.06.2025
Mikayıl Müşfiq — Azərbaycan poeziyasının böyük siması
00:01 05.06.2025
Eminem "Meta"-nı məhkəməyə verdi
19:35 04.06.2025
Mark Karni ABŞ-nin yeni tariflərini qeyri-qanuni adlandırıb
18:20 04.06.2025
Putin Bryansk və Kursk vilayətlərində qatarın partladılmasını terror aktı adlandırıb
17:39 04.06.2025
Bolqarıstan Avroya keçir
17:38 04.06.2025
"Putin Rusiyanın aerodromlarına edilən hücumlara cavab verəcək"
17:28 04.06.2025
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini artıracaq
16:23 04.06.2025
"Səudiyyə Ərəbistanı OPEC+ kvotalarının davamlı surətdə artırılmasını istəyir"
15:26 04.06.2025
BAMF yerli QHT-lərə dəstək məqsədilə yeni layihənin icrasına başlayıb
12:33 04.06.2025
Hamısı