Mir Kamil Ağazadə Şeirlər

Yazarlar 13:25 15.01.2025

Baxma, ay qız, gecələr güzgüyə durğun-durğun,
Allahın şah əsərin seyr elə vurğun-vurğun.

Fani dünyanın, əzizim, qəmi də fani olur,
Boşa qəm çəkmə, həyatı yaşa dolğun-dolğun.

Bata bilməz yenə köksündəki sönməz günəşə,
Ömrünü min qara qış alsa da çovğun-çovğun.

Çiçək əllərlə su ver güllərə, can tap sən də,
Baxmayın pəncərədən yollara solğun-solğun.

Ey Siraci, gecə yarı dil açıb lal qələmin,
Heyf, yarın yumulub gözləri yorğun-yorğun.

***

Get birdəfəlik, qalma yolundan, olan oldu,
Bu ayrılığın qəhrini çəkmək mənə qaldı.

Ağlım günahı səndə görür, qəlbim özümdə,
Ayrılmağımız, söylə, kimin üstünə qaldı?!

Sənsizlik ağır dərddi, məni məndən oğurlar,
Aldın məni məndən, geriyə məndə nə qaldı?

Hər gün giley etdim, niyə getdin deyə, hər gün,
Səndən mənə ancaq deyinən boş çənə qaldı.

Səndən mənə qəm qaldı, ələm qaldı bir aləm,
Bir qəmli vida məktubu məndən sənə qaldı.

İnsanı ümidmiş yaşadan, məndə də hərçənd
Hər şey aradan getdi, ümid bir dənə qaldı.

Yarım yuxuda, mən küçədə, pəncərə bağlı,
Heyf, arzu gözümdə, daş əlimdə yenə qaldı.

***

Yollar qısa, yollar uzun..Gedirsən...
Addım-addım nəyisə tərk edirsən,
Nə bir dinclik, nə rahatlıq güdürsən,
Bilirsən ki, bu yol sənə özəldi,
Yoldasansa yıxılmaq da gözəldi...

Gördün yola getmirsən bu həyatla,
Görməzdən gəl, biraz otur, rahatla,
Çöküb qalma dəqiqəylə, saatla,
Sakitləşmək qalxmaq üçün bir əldi,
Yoldasansa yıxılmaq da gözəldi.

Bacarasan yaşamağı, ölməyi,
Öyrənəsən ağlamağı, gülməyi,
Düşünəsən keçmişi, gələcəyi,
Düşüncəylə uzun yollar gödəldi,
Yoldasansa yıxılmaq da gözəldi.

Yoldan qabaq danışmısan, sus indi,
Diqqət kəsil, ürəyini pus indi,
Yadırğama, duyduğun ÖZ səsindi,
Qənimət bil, ürəyinə nə gəldi,
Qulaq asmaq danışmaqdan gözəldi...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Hamısı