“Tbilisi də rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir”

Yazarlar 20:33 20.01.2025

Azərbaycan Cənubi Qafqa\ın lider ölkəsi kimi region dövlətləri ilə də yüksəksəviyyəli münasibətləri inkişaf etdirməkdədir. Gürcüstan da rəsmi Bakının regionun təhlükəsizliyi və inkişafı ilə bağlı mövqeyini dəstəkləyir. Bu ölkənin baş naziri İrakli Kobaxidzenin yeni keçirilmiş parlament seçkilərindən sonra ilk səfərini məhz Azərbaycana etməsi ikitərəfli münasibətlərin əsl mahiyyətini açmağa imkan verir. Prezident İlham Əliyev də İ.Kobaxidze ilə görüşdə bu məqamı xüsusi vurğuladı və bildirdi ki, “parlament seçkilərindən sonra ilk səfərin ölkəmizə edilməsi təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.

Yeri gəlmişkən, Gürcüstanda seçkilər Qərbdən davamlı təzyiqlər fonunda baş tutdu. Gürcü cəmiyyətini parçalamaq məqsədilə müxtəlif vasitələrə əl atıldı. Lakin Azərbaycan və Gürcüstan liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən,  qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi. Gürcüstan da bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu.
Gürcüstan hökumət başçısı da öz növbəsində Bakıda bəyan etdi ki, bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. İ.Kobaxidzenin Azərbaycan Prezidenti haqqında “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz” söyləməsini isə Azərbaycanın regionda lider kimi qəbul olunmasının növbəti nümunəsi hesab etmək olar.
Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur.
Hər iki ölkə inklüziv regional əməkdaşlıq və inkişaf naminə atılan addımların tərəfdarıdır.
Dövlət başçımız da Gürcüstan-Azərbaycan əlaqələrini bütün qonşular üçün nümunə kimi dəyərləndirdi.
Ölkələrimiz arasında eyni zamanda iqtisadi sahədə də yaxşı nəticələr əldə olunub. Belə ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub ki, bu da uğurlu iqtisadi siyasətin nəticəsidir.
Liderlərin görüşündə əsas müzakirələrdən biri də Orta dəhlizlə bağlı oldu. Prezident İlham Əliyevin də söylədiyi kimi, “böyük coğrafiyanı əhatə edən bu layihədə yenə də Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”. 
Azərbaycan-Gürcüstan eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. İstər XİN-lərarası siyasi məsləhətləşmələr, istərsə də iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya və parlamentlərarası əlaqələr üzrə işçi qrupu platformaları uğurla fəaliyyət göstərir. Bu vaxta qədər iki ölkə arasında 123 sənəd imzalanıb.
İkitərəfli əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin də mühüm rolu var. Ümumiyyətlə, yüksəksəviyyəli qarşılıqlı səfərlər iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır.
Bir sözlə, Azərbaycan-Gürcüstan münasibətləri regional təhlükəsizlik baxımından vacib rol oynayır. Bu məsələdə Bakı ilə Tbilisin maraqları üst-üstə düşür.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı