“İğdır-Naxçıvan qaz kəməri strateji əhəmiyyət kəsb edir”

Yazarlar 08:46 08.03.2025

Prezident İlham Əliyevin Ankaraya işgüzar səfəri bir daha Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürüdür. İlk növbədə dünyada qlobal qeyri-müəyyənliyin artdığı bir vaxtda iki müttəfiq ölkənin liderlərinin regional və ikitərəfli məsələləri müzakirə etməsi olduqca əhəmiyyətli idi. Digər vacib məsələ isə  təbii ki, İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı oldu. Bu boru kəmərinə yalnız iqtisadi layihə kimi baxmaq olmaz. Belə ki, burada Naxçıvanın tarixi-siyasi-strateji əhəmiyyəti mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana birləşdirilməsi ilə əlaqədar türk dünyası coğrafi baxımdan iki yerə bölündü.

Ermənistanın iddiaları boyunu aşaraq Naxçıvanı da “böyük” Ermənistanın bir hissəsi hesab edir və onu işğal etməyə can atırdı. Lakin Azərbaycanın, xüsusilə də Ulu öndər Heydər Əliyevin qətiyyəti bu mənfur hücumların qarşısını almağa zəmin yaratdı. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev də bu məsələyə xüsusi diqqət çəkdi və qardaş Türkiyənin dəstəyinin də əhəmiyyətini xatırlatdı: “O vaxt Türkiyədən gələn yardım Naxçıvanın qorunmasına mühüm töhfə verdi”.

Həqiqətən də 1991-ci ildə Ermənistanın Naxçıvana artan hücumları qarşısında Ulu öndər Heydər Əliyevin Qars və Moskva müqavilələrində Türkiyənin hüquqlarını gündəmə gətirməsi  mümkün təhlükələrin qarşısını aldı. Beləliklə, Naxçıvan hərbi və təhlükəsizliklə yanaşı, iqtisadi blokadadan da azad edildi. Ümid körpüsü bu prosesə xüsusi töhfə verdi.
Qədim diyarımız olan Naxçıvan türk dünyasının qapısı hesab olunur. Bu mənada Türk Dövlətləri Təşkilatının təsis konfransının 2009-cu ildə Naxçıvanda keçirilməsi də tədadüfi deyildi. Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük töhfələr verməkdədir.

İğdır-Naxçıvan qaz kəmərinə gəlincə, ildə 730 milyon kubmetr qaz ötürmək gücünə malik olan boru xəttinin işə düşməsi ilk növbədə bu coğrafiyada məskunlaşan insanların sosial rihafının yaxşılaşması deməkdir.  Məlum olduğu kimi, 2005-ci ildə Azərbaycanla İran arasında imzalanan müqaviləyə əsasən, İran üzərindən Naxçıvana təbii qaz nəql edilirdi. Amma bununla belə qazın nəqlində müəyyən fasilələr yaranırdı. Digər tərəfdən, enerji mütəxəssisləri bildirir ki, fazir dərəcələrinin yüksək olması alternativ enerji mənbəyinə ehtiyacı artırırdı. Belə bir şəraitdə təbii qazın İğdırdan Naxçıvana çatdırılması həm də Naxçıvanın enerji təhlükəsizliyinin şaxələndirilməsi deməkdir. Bu barədə cənab Prezident də bəyan etdi: “Layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq”. Bir sözlə, İğdır-Naxçıvan qaz kəməri strateji əhəmiyyət kəsb edir.

Azərbaycanla Türkiyə arasında eyni zamanda bərpa olunan enerjidən istehsal olunan elektrik enerjisinin qarşılıqlı ötürülməsinə dair Anlaşma Memorandumu da imzalandı. Qarşıdakı dövrdə isə növbəti layihə Naxçıvandan Türkiyəyə elektrik xəttinin çəkilməsi olacaq. Gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə isə yeni ortaq enerji layihələri üçün də imkanlar yaranacaq.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı