Yazar dili dağıtmağı bacarmalıdır Xanəmir Telmanoğlu yazır...

Yazarlar 14:04 04.04.2025

Ey dili qafil fil faili məchul fani f.....
Derlər,
Unudulmuş oxucu, 
Məleykə xanımın səsləndirdiyi ideya, əslində, gözəl bir təklifdir. Bəli, bu ölkədə yaşayan hər kəs dilimizi bilməlidir. Üstəlik, bir adam yazar kimliyi daşıyırsa, yazar statusu ilə bu ölkəyə vətəndaşlıq edirsə, onun Azərbaycan dili dedikləri dili bilməsi vazkeçilməzdir. Sırf yazarlara gəldiyimizdə, bir ölkənin yazarının öz dilində standartlara uyğun yaza bilməsi o dilin və o yazarın ölümündən başqa bir mahiyyət daşımaz. Yazar dediyin kəs öncəliklə dili dağıtmaq, sökmək, dilin fundamentinə mina qoymaq məqsədi daşıyır, missiyası güdür. Öz dilində standartlara UYĞUN yazıb - oxuyan yazar, düşünür uzaq başı mənsub olduğu xalqın və dilin düşmənidir. Bu dilə gətirdiyim dili dağıtmaq, sökmək-tökmək məsələsini necə anlamaq lazımdır?
Təəssüf, dilimizin adını bilməyənlər dilimizdən danışırlar, qanun uyğulayır, qərarlar verirlər bu ölkədə. Nə vaxtdan  “Türk dili” “Azərbaycan dili” olub? Nə vaxta kimi “Türk dili” “Azərbaycan dili”  kimi səsləndiriləcək, çağrılacaq, adlanacaq? Dilin adı, mədəniyyətin adı doğru səsləndirilmədikcə, o, dil və mədəniyyətdən danışmaq gülüncdür. 
Türkcəmiz tarix boyu müxtəlif aşamalardan keçib. Dilimizin bu günə gəlib ulaşmasında, mükəmməl təkamüllər keçirməsində yazarlarımızın rolu danılmazdır. Elə son yüz ildə türkcəmizə nəzər yetirsək, yaşadığımız ictimai-siyasi formasiya və ideologiyaların  dilimizdə əksini görə bilərik. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində Azərbaycançılıq və Turançılıq ideyası cəmiyyətin zehniyyətində kök saldı. Molla Nəsrəddinçilər və Füyuzatçılar bir ideya cəbhəsi olaraq xalqımızın təfəkküründə, şüuraltında öz birliklərini, bütövlüklərini öz dilimizdə təşkil etdi. Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Cavid əfəndi, Mirzə Cəlil, Ə.Haqvediyev simasında türkçülük və azərbaycançılıq ideologiyasının ayrıntıları xalqımızın dilinin bütövlüyündə təcəssüm etdi. Hətta bu ideya o qədər metafizik gücümüzlə həmhal oldu ki, mədəniyyət birbaşa dövlət qurdu: Müsavat ideyalı Azərbaycan Xalq Cümhuriyyəti.
Derlər,
Unudulmuş oxucu, 
Az sonra tarixin gedişatı xalqımızın qədərini yazanda sovetləşmə sürəcində dilimiz öz mənəvi -milli ideoloji ruhaniyyətini daha çox sosiallığa, sosial həssaslığa təslim etdi. Burda da üzdən səlist, parlaq Azərbaycan sovet ədəbiyyatına da yansımış “Azərbaycan sovet dili” pərvəriş tapdı. Ancaq az-çox metafizik ruhaniyyəti güclü olan yazarlarımız, xarakterlərimiz dilimizin alt qatındakı vasıfsal, yaradılış qaynaqlı özəlliyini qoruyub saxladı. Bu kitablara, təhsilə yansımasa da, bədii ədəbiyyat poliqonunda güzəranını sürdürdü. Sovetlər birliyi-sosial səfsəfə cəhaləti dağılan kimi, dilimizin də sərgərdanlığı öz arayışını bütün gərginliyi ilə dərinləşdirdi. Dilimizin arayış içində olması, yazarlarımızın fərqli, çeşitli düşüncəyə, dünya görüşünə, təfəkkürə, inanca sahiblənməsiylə öz bütövlüyünü qazandı. Bu proses bir sürəc olaraq hələ də bütün gücüylə davam edir. 
Əsrlər boyu yad ideoloji basqıları və qatqıları nəticəsində öz tarixi reaksiyasını aparıb tənhalıqla sirdaş olan dilimiz, bu gün türk dilinin ən mükəmməl bir qolu kimi, dünya dil ailəsində metafizik varlığıyla yanaşı, rəsmi statusuyla da bəlli cizgilərini hiss etdirməklə qürur vericidir. Azərbaycanda gedən proseslər, tarixi yaşantılar dilimizə sirayət edəndə dilimiz kimliyində növbəti təkamülün mülkünə sahib çıxmaqla özünə dönüş kimi vaqif etdirmə vasfından da geri durmur.
Derlər,
Unudulmuş oxucu, 
Bu gün Azərbaycan türkcəsi başqa dillərdən fərqli olaraq bir neçə isitiqamətdə gəlişimə imza atır:
1.    Tarixdən gələn öz daxili potensialı hesabına bir batini çalxantı gərəyincə inkişaf xəttini izləyir.
2.    Türk dil ailəsi içində qarşılıqlı, ən əsası da Osmanlı türkcəsiylə mübadilə verimini hər türlü qatda sintez təzahürünə əzmkarlıqla yüksəldir.
3.    Çağdaş dünyayla elmi -mədəni-sosial-siyasi-ideoloji reaksiya alma və vermə çabasıyla iç-içəlilik cəsarətini nümayiş etdirir.
4.    Ən önəmlisi, xalqımızın mənsub olduğu inanc dəyərlərinin gətirdiyi mənəvi-energetik yaşam şəhadəti öz təbi ağırlığını dilimizin bəlli bir qatında (yüyürürlüyə) qoyur, hərəkətliliyə cəlb edir, vadar edir.  
5.    Üstəlik, sosial şəbəkə ərkanı və əkvanında oluşan bir dil alanının milli dil tərkibindəki qazandığı özəlliyin dilimizin bütövlüyünə ötürdüyü təbəddülat hədər getməyən bir dil təmərküzləşməsi ilə qarşımıza çıxır. Bu sonuncu, həm də içərisinə zamanı, sürəti, texnoloji sosiallıq mühitinin təlabatından doğan zəruriliyi dillə razılaşdırır, həll edir.
Bütün bunların fonunda bir yazarlıq missiyası yerə - göyə meydan oxumağa başlayır. Heç bir yazar öz doğma ana dilinə mənsub deyildir. O, öncəliklə daşıdığı əxlaqın, təfəkkürün, dünyagörüşün, varsa inancının dil mənsubiyyətli məsuliyyətini daşıyır. Hər yazar mənsub olduğu millətin, xalqın dilinin içində dil qatqısı yaradandır. Daha doğrusu o dil daxilində yaradılan dillər hesabına milli dil yaşarlığını, mistik-energetik gücünü təzəliyir, dirildir, nəsillərdən nəsillərə ötürücülük hegamonluğunu yeri gələndə ağlın, yeri gələndə xəyalın, yeri gələndə yaddaşın, yeri gələndə elmin, yeri gələndə sükutun hesabına həssaslaşdırır. Bu dil həssaslaşmasını xalqın-millətin cəmiyyəti görmə bucağını itiləmə tezliyi kimi də anlamaq mümkün olar. Yəni, bir yazarın kimliyi, bir müəllimin, bir tarixçinin, bir elm adamının kimliyi deyildir, əsla! Yazar digər “missioner”lərdən fərqli olaraq, dili həm içəridən oyalayır, onu kontrol edir, həm də dili dışarıdan süsləyib şəklə salır, dili varlığa-yazıya- əbədiyyətə ram edir. Ona görə də, kiminsə yazardan dil qaydası, dil kuralı umması, gözləməsi, bəkləməsi, onun dil və ümumiyyətlə, dil haqqında hər hansı bir duyumunun olmamasına işarədir. 
Bu gün öz xalqının, millətinin yazarını duyan, anlayan, yazarının yazdığı-yaşatdığı dili nə qədər (dilin saflaşması və yenilənməsi adına) dağıda, sökə, alt-üst edə bildiyini hiss etməsi və anlaması ilə onun doğruluğunu, dillə bağlı həqiqətini təsdiqləyə bilər. 
Xanəmir Telmanoğlu

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı