Son hədəf Türkiyədir Xanəmir Telmanoğlu yazır...

Yazarlar 10:13 14.06.2025

Ey dili qafil fil faili məchul fani f...

Derlər,

Oxuduğunuz yazıların laaaaap ilk cümləsində xatırlanmayan,Unudulmuş oxucu,

Baş verən olaylar fonunda yaşadığımız günlər bir daha isbatlayır ki, bizim oxumuşlar, yazı-pozu əhli kimi tanınanlar əndazəsini aşıb, özlərini axmaq yerinə qoyub və bəlkə də qablarında bundan artığının olmdığını bildirmək istəyirlər. Burunlarının ucundan ötəsini görməyənlər, it xılı kimi hər yerə daraşıb xalqa dərs keçməkdən yorulmurlar. Üstəlik də iddia edirəm ki, bu sürü kəsiminin dilə gətirdiklərini özlərinin anladıqlarından çox şübhəm var. 

Belə bir söz var: derlər ki, yağım var, ancaq itin dərisindədir. İtin dərisində olan yağı istifadə edə bilməyəcəksənsə, o yağın olub olmamasının heç bir faydası yoxdur. Bizim xəstə intellektual və kitab oxuyan kəsimin belə yağlı görünməsinə baxmayın, çağdaş dünyanın gerçəkləri deyir ki, o yağın bizə aidiyyatı yoxdur.

İsrail-Fələstin savaşı dünyada misli görünməmiş bir savaşdır. Bizim gerçəyi dərk etməyimiz üçün, xristian, yəhudi, müsəlman, buddist olmağımıza və bu kimliklərlə reallıqları anlamağımıza ehtiyac yoxdur. Biz, insanıq və insanlığın verdiyi imkanlarla gözümüzə görünən, ağlımız kəsən, qarşımıza çıxan nə varsa, ona münasibətimiz bəlli olmaldır.

Derlər,

Oxuduğu yazıların laaaaap ortasındaca xəyanətə uğrayan, Unudulmuş oxucu,

Azərbaycan cəmiyyətində belə bir təbliğat hökm sürür ki, İkinci Qarabağ savaşında İsrail dövləti yanımızda olub. Bizi ermənilərə qarşı dəstəkləyib. Mən sizi başa düşürəm və üzdə görünənlərin fonunda formalaşan fikirlərinizin verdiyi həzzin gətirdiyi diabetal azarını da anlayıram. Qardaş, İsrail ağılsız deyil ki, ilin - günün bu vədəsində gələcəyə yönəlik bütün strategiyalardan xəbəri ola-ola, gələcəyin rallığından yayınıb ermənilərin yanını kəsdirsin. Sənin yanında olmaq o demək deyil ki, yox edilmək istənilən gələcəyini kimlərəsə qurban verməlisən. Mənim düşümcəmə görə, Azərbaycan dövləti Türkiyə dövləti ilə bir dövlətdir. Bu aksiomu birmənalı dərk eləmək məcburiyyətindəyik. Anlayıram ki, yəhudi xalqı ilə İsrail sionist rejiminə, ideologiyasına qulluq edən və bu gün dünyada bütün işləri qarışdıran güc odaqlları ilə ayrı- ayrı kimliklərdir. İsrail dövləti Azərbaycanla Türkiyənin dövlət olaraq eyni hədəfi bəlirlədiklərini yaxşı bilsə də, Azərbaycan xalqı ilə Türkiyə xalqının arasındakı uçurumlu zehniyyət fərqini də mükəmməl şəkildə analiz edir və bu istiqamətdə siyasi-ideoloji işlərini yüyürlüyə qoyur. Bunu məsələdən agah olanlar yaxşı dərk edir ki, İsrailin bir ideologiyası var: vəd edilmiş torpaqlar. Bu inancla hərəkət edən sionist yəhudi güc odaqları qarşısına çıxan qardaşı da, anası da, arvadı da, övladı da olsa, əzib keçir. Bu anlayış qarşısında heç bir dəyər, heç bir müqəddəs mahiyyət ola bilməz. Məsələnin,  yəni hazırkı İsrail-Fələstin adıyla yürüdülən bu müharibənin gerçək hədəfində Türkiyə dayanır. Çünki vəd edilmiş torpaqlar inanc ideologiyasında Türkiyənin dağıdılması, yox edilməsi, əsas ərazilərinin İsrail dövlətinin xəritəsinə əlavə edilməsi planını təşkil edir.
 
Derlər,

Hələ neçə neçə oxuyacağı yazıların hər sətrində varlığı satışa çıxarılan, Unudulmuş oxucu,

Bu qədər ərəb ölkələri olduğu halda, nədən nidiyə kimi heç biri İsrailə qarşı gəlmir, ciddi şəkildə səsini çıxarmır və yaxut fəaliyyətini ortaya qoymur. Çünki, bütün ərəb ölkələrinin liderləri İsrail dövlətinə, Sionist güclərinə satılmış şəxsiyyətsizlərdir. Sizin bildiyiniz bütün ərəb dövlət başçıları siyonistlər tərəfindən satın alınmış qulbeçələrdir. Onların faktiki olaraq heç birinin cəsarəti çatmaz ki, Fələstini qarsıb - qovuran İsrail dövlətinin qeyri-qanuni antibəşəri ölümsaçan fəaliyyətinə “dur” deyə bilsin. İsrail dövləti bu müharibələri apara bilməsi üçün bu gün qərar verməyib, 200 ildən artıqdır bütün planlarını zamana və tarixi şəraitə uyğun olaraq nizamlayıb, gözdən keçirib. 

Dünyada hər xalqın, millətin, ölkənin bu şəkildə hədəfləri olmur. Barmaqla sayılacaq qövm və ideoloji kimliyə sahib bir dövlətdir ki, İsrailin uzun və qısa vədəli inanclarına dayalı hədəfləri vardır. Onların bu istək və hırsları (acgözlükləri) min illərdir bitmir. İsrailoğulları yalnız dünyada “vəd edilmiş torpaqlar” xəyalına qapılıb bu fantaziyalarını gerçəyə dönüşdürmək istəmirlər. Onlar, bu istəkləri ilə birgə, dünyaya yeni bir düzən gətirməyi göz ardı etmirlər. Bu yalnız istək deyil artıq. Bu dilə gətirdiyim sistemi ortaya qoymaq üçün də xeyli yol qət edib, özlərinə görə kifayət qədər mərhələlər adlaya bilmişlər.  Onlar hesab edir ki, bəşəriyyətin yaşadığı düzən, sistem doğru, dügün sistem deyildir. Əgər bu dünyada sağlam bir düzən, sistem olacaqsa, o da, İsrailoğullarının  siyasi otoritesi öndərliyində təkqütblü, təksistemli bir dünya sistemi olacaqdır və yenə onlara görə, bu idealların baş tutması heç də uzaqda deyildir. Çünki inancları belədir ki, bu istəkləri Tanrının israiloğullarını sevdiyi üçün, onları müstəsna bir qövm hesab etdiyindən dolayı, “dünyanın taleyini” onalara bir görəv olaraq əmr etmişdir. Guya məzlum israil xalqı dabbu fani dünyada Tanrının istəklərini yerinə yetirirlər. Hazırkı dönəmdə bu xəyalların gerçəkləşməsi üçün mükəmməl bir zəmnin var olduğu qənaətini əsas gətirərk, hərəkətə keçdiklərini gizli-açıq şəkildə elan etmişdirlər. 

Derlər,
Oxuyub -oxumadığı yazıların son cümləsinə kimi özü də bilmədən əxlaqını qurban verən, Unudulmuş oxucu,

Söhbət ondan gedir ki, Azərbaycan cəmiyyəti hələ də “İsrail dövləti bizi ermənilərə qarşı dəstəklədi “  kələyinin keçidində ilişib qalıb. İsrail Azərbaycanı həm də ona görə dəstəkləyir ki, İran adlanan coğrafiyanı bizim kimliyimizlə, varlığımızla bitirsin. İsrail İranın dağılmasında, yox olmasında, Molla rejiminin tarixə qarışmasında maraqlıdır. Baxın, onların bir hədəfi olduğu kimi, bizlərin də bir hədəfi, bir planı vardır. Özü də bizim xəyal etdiklərimiz dünyada heç bir dinə, irqə, ölkəyə zərər vermir, əksinə bizimlə birgə yola çıxanların da taleyini bizim öz taleyimiz gözləyir: HÜRRİYYƏT və ƏXLAQ!!!  Bəli, Türk Dövlətləri Birliyinin təməli qoyulmuşdur. Bu ideologiyanın başını çəkən qardaş Türkiyə dövlətidir. Bu birlik tam şəkildə gerçəkləşdiyi təqdirdə, İsrailin “vəd edilmiş müqəddəs torpaqlar” ideyası fiaskoya uğrayacaq. Türkiyə bölünüb parçalanıb dağıdılmayacaq. Əgər Türkiyə dövləti dağıdılıb coğrafiyası parçalanarsa, kimsə unutmasın ki, yer üzündə heç bir müsəlman və türk dövləti, ölkəsi sağ buraxılmayacaq. Ona görə də, məsələ tam başqadır. Necə deyərlər, bu xına o xınadan deyildir. 

Xanəmir Telmanoğlu

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günüdür
11:25 15.07.2025
Kəlbəcərdə yabanı halda bitən 3 tondan artıq çətənə bitkisi məhv edilib
11:10 15.07.2025
Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilir
11:01 15.07.2025
XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
10:55 15.07.2025
Su altında qalan daha bir şəhər tədqiq olunur
10:40 15.07.2025
Qida boyası şəkərli diabet yaradır
10:25 15.07.2025
Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
10:10 15.07.2025
Çin ordusu döyüş təlimlərində robotlardan istifadə edib
09:55 15.07.2025
Çin pilotsuz tədqiqat gəmisini suya buraxdı
09:25 15.07.2025
" Aİ Ukraynada məcburi səfərbərliyə qarşı çıxmalıdır"
08:55 15.07.2025
NASA niyə kadr itirir?
08:27 15.07.2025
ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib
07:58 15.07.2025
Ağdərədə 31 yaşlı kişini elektrik cərəyanı vurub
07:28 15.07.2025
Luka Modriç "Milan"a keçdi
07:06 15.07.2025
Aİ Ermənistana dəstəyini artıracaq
06:40 15.07.2025
Osimhenin transferi niyə bitmək bilmir?
06:10 15.07.2025
Baş ağrılarının mənbəyinə dair daha bir iddia ortaya çıxdı
05:44 15.07.2025
Sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf edib
05:19 15.07.2025
Tehran sülhə inanmır
04:58 15.07.2025
İsrail Ordusunun qərarı hökumətdə parçalanmaya səbəb olub
04:26 15.07.2025
""NATO rəhbərlərinin savadsızlığı ucbatından..." -Mariya Zaxarova
03:52 15.07.2025
Yaponiyanın hakim partiyası parlamentdəki mövqeyini itirə bilər
03:29 15.07.2025
Jorje Jezuş "Əl-Nəsr"in baş məşqçisi təyin edilib
03:05 15.07.2025
Təbrizdə partlayış səsləri eşidildi
02:35 15.07.2025
Malron Azərbaycanla Ermənistan arasındakı mümkün sülh müqaviləsindən danışdı
01:51 15.07.2025
NATO Gürcüstanda təlimlər keçirəcək
01:35 15.07.2025
Almaniya və Norveç Ukrayna üçün "Patriot" alacaq
00:51 15.07.2025
Goranboydakı qəzada piyada və sürücü ölüb
00:32 15.07.2025
Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı şok görüntülər yayılıb
00:27 15.07.2025
Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
Tbilisidə dağılan binanın sakinləri otelə yerləşdirilib
22:23 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
"Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir"
19:07 14.07.2025
Hamısı