"X" sosial şəbəkəsinin baş direktoru Linda Yakkarino istefa verib.
“EDnews” xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki səhifəsində yazıb.
Yakkarino 2022-ci ildə platformanı satın aldıqdan sonra iş adamı İlon Mask tərəfindən təyin edilən ilk daimi icraçı direktor olub.
Yakkarino postunu tərk etməsinin səbəblərini açıqlamayıb.
O, 2023-cü il mayın 12-də baş direktor təyin edilib.