Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyan öz əsgər yoldaşı tərəfindən öldürülüb.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya əsasən, bu il yanvarın 16-da çavuş Araik Sarkisyan öz əsgər yoldaşının avtomat silahdan düzgün istifadə edə bilməməsi səbəbindən qarın boşluğundan ağır yaralanıb.
O, aldığı yaradan ölüb.
Araik Sarkisyanı öldürən əsgər həbs edilib.