Türkiyə Silahlı Qüvvələri Tel-Rıfat ərazisində terrorçuları darmadağın edərək bölgəyə nəzarəti ələ keçirib.
Bu iddianı “Hürriyət” yerli mənbələrə istinadla yayıb.
Xəbər hələlik rəsmən təsdiqlənməyib.
Qeyd edək ki, bir qədər əvvəl türk ordusunun Tel-Rıfat istiqamətində əməliyyat başlatdığı bildirilmişdi.
x x x
"Zeytun budağı" əməliyyatı çərçivəsində növbəti - Afrinin şərqində yerləşən Tel Rıfatın YPG terrörçularından təmizlənməsi üçün gözlənilən əməliyyat başlayıb.
Türk əsgərlərinə 10 min ASO üzvü dəstək verəcək.
Qeyd edək ki, yanvarın 20-sində başlayan "Zeytun budağı" əməliyyatı Tel Rıfatın alınmasıyla tamamlanacaq.
Qeyd edək ki, İhlas Xəbər Agentliyi bu gün əməliyyatın iqstiqamətinin Tel Rıfata çevrildiyini bildirmişdi. Bundan qabaq yerli əhali “Türk əsgəri bizi də qurtarsın” şüarları ilə mitinqlər keçirərək Türkiyəyə səslənmişdi.