Əfqanıstanda "Taliban" üstünlüyü ələ aldı - 13 ölü | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Əfqanıstanda "Taliban" üstünlüyü ələ aldı - 13 ölü

Münaqişələr A- A A+

 Əfqanıstanın mərkəzi hissəsindəki Qəzni vilayətində radikal "Taliban" hərəkatının silahlıları ilə toqquşmalarda güc strukturlarının 10-dan çox əməkdaşı ölüb.

Bu barədə Eurasia Diary RİA "Novosti"yə istinadən məlumat verir.

Belə ki, Hoqyani mahalında silahlıların blokposta hücumu nəticəsində 8 əfqan əsgər ölüb, 3 nəfər yaralanıb.

Malistan mahalında taliblərlə baş verən atışma zamanı isə 5 polis əməkdaşı ölüb.

Hüquq-mühafizə orqanları silahlılar arasında onlarla ölən və ya yaralananın olduğunu bildirib.

Qeyd edək ki, xüsusən də seçkilərdən sonra Talibanın Əfqaqanıstandakı siyasi və hərbi üstünlüyü daha əyani bir şəkildə müşahidə edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...