Türkiyənin Hakkari bölgəsində içərisində hərbçilər olan avtomobilin terrorçu PKK qruplaşmasının silahlıları tərəfindən uzaq məsafədən atəşə tutulması nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb.
Eurasia Diary Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Xəbər verilir ki, hal-hazırda Hakkaridə şəhid olmuş əsgərlər - Emre Kargın və Hüseyin Nayır üçün cənazə mərasimi hazırlanır.