“Taliban” dinc durmur - səkkiz nəfər öldürüldü, ikisi uşaqdır | Eurasia Diary - ednews.net

13 Dekabr, Cümə


“Taliban” dinc durmur - səkkiz nəfər öldürüldü, ikisi uşaqdır

Münaqişələr A- A A+

Əfqanıstanda silahlıların hotelə hücumu nəticəsində səkkiz nəfər öldürülüb.

TASS xəbər verir ki, hadisə ölkənin şərqindəki Badgiz əyalətində olub.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, bir qrup silahlı şəxs hotelə daxil olaraq ətrafa atəş açıblar. Hadisə nəticəsində aralarında ikisi uşaq olmaqla, səkkiz nəfər ölüb.

Hücumçulardan isə üçü polislərlə atışmada ölüb, ikisi həbs edilib.

Hadisənin məsuliyyətini “Taliban” qruplaşması öz üzərinə götürüb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...