"Mən heç vaxt inanmamışam ki, İsrail və İran arasında müharibə olsun. Ola bilər ki, mətbuat və ya siyasi dairələr üçün kiçik ölçüdə problemlər baş versin. İsrail İranın konsulluğuna hücum edərkən o qədər dağıntı və hərbiçi ölümləri oldu. Necə ola bilər ki İran İsrailə hücum etsin və orada itki olmasın. İran zəif ölkə deyil".
Bu fikirləri Ednews-TV-nin "Vətəndaş Mövqeyi" verilişində müsahibə zamanı Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
O, daha sonra qeyd edib ki, əgər İran istəsə İsrailin daxili şəhərlərinidə vura bilərdi:
"Bildirdiyim kimi iki ölkə arasında uzun müddətdir böyük qarşıdurmalar var. Lakin bu müharibə forması deyil, sadəcə siyasi gedişlərdir"
Daha ətraflı video süjetdə:
Xəyal Ramiz