İsrail ordusu Qəzza sərhədi yaxınlığında Həmasın nəzarət etdiyi ərazini avtomat silahlarla atəşə tutdu.
Eurasia Diary xəbər verir ki, Bölgədəki şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzzanın şərq sərhəddinə yaxın ərazidən şəhərə atəş açıb.
İsrail ordusunun hədəfinin Həmas Hərəkatının nəzarətində olan Fələstin Daxili İşlər Nazirliyinə tabe olan Ərazi Polis Qüvvələri olaraq bilinən bölgənin olduğu bildirilir.
Hücumlar zamanı ölən və yaralanan olmayıb.
Atəş zamanı sərhəd məftilləri yaxınlığında İsrail hərbi birliklərinin hərəkətə keçdiyi və səmada pilotsuz uçuş aparatların uçduğu müşahidə olunub.
İsrail ordusu bununla bağlı hələ bir açıqlama verməyib.