Əfqanıstanın Zabul əyalətinin Kalat bölgəsində törədilən terror aktı zamanı ölənlərin sayı artıb.
Eurasia Diary Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, partlayış nəticəsində ölənlərin sayı 20, xəsarət alanların sayı isə 95 nəfərə çatıb.
*****
Əfqanıstanın Zabul əyalətinin Kalat bölgəsində törədilən terror aktı zamanı ölənlərin sayı artıb.
Eurasia Diary “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində 12 nəfər həyatını itirib.(apa)
***
Əfqanıstanın cənubunda Zabul əyalətinin Kalat bölgəsində güclü partlayış baş verib.
Eurasia Diary “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə Milli Təhlükəsizlik İdarəsinin qarşısında olub.
Partlayışa görə məsuliyyəti “Taliban” radikal qruplaşması öz üzərinə götürüb.
“Taliban” ardıcıl partlayışların törədilməsini Əfqanıstanda sentyabrın sonlarına planlaşdırılan prezident seçkilərini pozmaq məqsədi daşıdığı açıqlayıb.
Qeyd edək ki, iki gün əvvəl Kabildə və Pərvan əyalətində partlayışlar nəticəsində ümumilikdə 48 nəfər ölüb, 80 nəfər yaralanmışdı.