İŞİD terror təşkilatı Əbubəkr əl-Bağdadinin öldürüldüyü yeri “Anadolu” agentliyi havadan görüntüləyib.
Eurasia Diary-nin məlumatına görə, “Anadolu” agentliyi xəbər verir ki, dronla çəkilən həmin yer İdlibin Barişa kəndidir.
Məlumata görə, hava hücumları nəticəsində 3 ev uçub. Ətrafdakı çadırlara da ziyan dəyib.
Bombardman zaman ərazidən böyük çuxurlar yaranıb.
Qeyd edək ki, əməliyyatda ABŞ-ın 8 helikopteri və 2 dronu iştirak edib. (baku.ws)