Qəzza zolağında növbəti toqquşmalar - 96 fələstinli xəsarət aldı | Eurasia Diary - ednews.net

17 Noyabr,


Qəzza zolağında növbəti toqquşmalar - 96 fələstinli xəsarət aldı

Münaqişələr A- A A+

Qəzza zolağındakı etiraz aksiyaları İsrail ordusu tərəfindən dağıdılıb, nəticədə 96 fələstinli xəsarət alıb.

Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görən, onlardan 57-si döyüş güllələrinin tətbiqi nəticəsində zərər çəkib.

Yaralıların sağlamlıq vəziyyəti haqqında informasiya verilmir.

“Report” xatırladır ki, ötən ilin 30 martından fələstinlilər "Böyük qayıdış" şüarı ilə İsraildə və Qəzza sektorunda dinc aksiyalar keçirirlər. Fələstinlilərin aksiyalarının dağıtmasının gedişatında İsrail hərbçiləri döyüş güllələri tətbiq ediblər.

İndiyə kimi aksiyaların gedişatında 200-dən çox fələstinli həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...