Azərbaycanlılar və ermənilər arasında dava olub | Eurasia Diary - ednews.net

7 Aprel, Çərşənbə axşamı


Azərbaycanlılar və ermənilər arasında dava olub

Münaqişələr A- A A+

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Xocerni kəndində insident baş verib.

EDNews "Report"a istinadən xəbər verir ki, ötən gün kənd sakinləri arasında əkin sahəsi ilə bağlı anlaşılmazlıq səbəbindən mübahisə yaranıb.

Mübahisə daha sonra davaya keçib. Hadisə zamanı erməni kəndçi azərbaycanlı həmkəndçisi, fiziki imkanları məhdud şəxsə qarşı fiziki təzyiq göstərib.

Polis insidentlə bağlı araşdırma aparır.

Hazırda Xocernidə ümumi vəziyyət sakitdir. 

EDNews

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...