Prezidentin köməkçisi: - “Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb” | Eurasia Diary - ednews.net

29 Noyabr,


Prezidentin köməkçisi: - “Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb”

Münaqişələr A- A A+

“Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”.

Eurasia Diary-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. 

“Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...