Müdafiə Nazirliyi bir qrup jurnalistin Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə media-turunu təşkil edib.
Eurasia Diary-nin məlumatına görə, jurnalistlər Füzuli rayonunun bir sıra məntəqələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı istehkam qurğuları ilə tanış olublar.
Burada Azərbaycan Ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olunub.