Ermənistanın işğal edilmiş ərazilərdə basdırdığı minaların dəyəri yüz milyonlarla ölçülür

Münaqişələr 12:56 25.02.2021

“Dağlıq Qarabağ uğrunda keçən payızda başlayan Ermənistan-Azərbaycan müharibəsinin bitməsindən dörd ay keçir. Ermənistan böyük hərbi-texniki üstünlüyə malik olan Azərbaycan ordusunun sürətli hücumunu dayandıra bilmədiyi üçün çətin şərtlərdə sülh bağlamaq məcburiyyətində qaldı. O vaxtdan regionda təxminən iki minlik Rusiya sülhməramlı kontingenti tərəfindən təmin olunan atəşkəs rejimi hökm sürür”.

Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Dmitri Vinoqradov “Svobodnaya pressa”da nəşr olunan “Qarabağın ucsuz-bucaqsız mina sahəsi. Ermənistan yüz milyonlarla dolları boş yerə xərclədi” adlı məqaləsində yazır.

Məqalədə qeyd olunur ki, silahların səssizliyinə baxmayaraq, münaqişə zonasında hərbi və mülki şəxslər həlak olmağa davam edir. Bunun səbəbi isə sözün əsl mənasında hər həftə parçalanmış həyat və şikəst talelərdən qanlı məhsul verən Qarabağın hər yerinə səpələnmiş mina sahələridir. Sülh müqaviləsi bağlanan andan rusiyalı sülhməramlı daxil olmaqda 50-dən çox insan minaya düşüb.

Müəllif yazır ki, ağır döyüşlərin getdiyi bütün rayonlarda - həm birinci, həm də ikinci Qarabağ müharibələrində - bu gün aktiv minalardan təmizləmə işləri aparılır. Bunlara azərbaycanlı və erməni mütəxəssislər, Rusiya sülhməramlı və Fövqəladə Hallar Nazirliyinin qüvvələri, eləcə də türkiyəli minatəmizləyənlər cəlb edilib.

“Azərbaycanın nəzarətinə keçən ərazilərdə partlamamış sursatların sayı xüsusi ilə çoxdur. Burada ərazinin minalanması prosesi hələ birinci Qarabağ müharibəsi dövründə aparılıb və iki müharibə aralığındakı dövrdə davam edib. 2016-cı ilin yazında münaqişənin qəflətən gərginləşməsi son illər ərazinin minalanma tempini ancaq artırmış olub. Görünür, Ermənistan tərəfi başa düşüb ki, böyük müharibə qaçılmazdır.

Minalardan təmizlənmə uzun və resurs tələb edən prosesdir. Ötən ilin noyabrında döyüş əməliyyatları bitəndən bu yana Azərbaycanın 27 kvadrat kilometr ərazisi minalardan təmizlənib. Bu kiçik ərazidə gələcəkdə təhlükə yarada biləcək təxminən 40 000 döyüş sursatı tapılıb. Söhbət təxminən 30 ildir erməni silahlı birləşmələri tərəfindən idarə olunan ərazilərdən gedir. Bu illər ərzində demək olar ki, hər qarış torpaq minalanıb.

27 kvadrat kilometrlik təmizlənmiş kiçik bir ərazidə tapılan mina və partlamamış hərbi sursatların ümumi dəyəri 3 milyon dollara çatır. Minatəmizləyənlərin qiymətləndirməsinə görə, təmizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 4,5 milyon mina basdırıla bilər. Mütəxəssislərin hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən basdırılan minaların ümumi dəyəri 340 milyon dollar ola bilər. Yerli miqyasda bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərcləyib.

Keçən ilki müharibənin nəticəsi bu xərclərin mənasız olduğunu göstərdi. Məlum olduğu kimi, minalanmanın güclənməsi Ermənistan silahlı qüvvələrinə ərazini nəzarətdə saxlamağa kömək etmədi - mütləq hava üstünlüyü şəraitində azərbaycanlılar xüsusi təyinatlı mobil qrupları ilə yüz milyon dollarların xərcləndiyi düşmən müdafiəsini olduqca sürətlə yardılar və Qarabağın böyük bir hissəsi nəzarət altına geri qaytardılar.

Ermənilərdən "miras qalan" mina sahələri, əsasən, Azərbaycanın nəzarəti bərpa etdiyi və bütün bu illər ərzində Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlarda əsas sövdələşmə elementi olan Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun ərazisində yerləşir.

Ermənistanın keçmiş liderləri bu rayonların Azərbaycana qaytarılmasını müzakirə etməyə hazır olduqlarını nümayiş etdirirdilər, eyni zamanda ölkənin hərbi büdcəsinin əhəmiyyətli bir hissəsini bu ərazilərin minalanmasına sərf edirdilər. Onlardan sonra hakimiyyətə gələn Nikol Paşinyanın komandası isə rayonların qaytarılmasını, ümumiyyətlə, müzakirə etməkdən imtina etdi və bu, müharibəyə səbəb oldu. Nəticədə əvəzində heç bir şey almadan bu əraziləri itirdilər.

Son Qarabağ müharibəsinin yekunlarına əsasən, qeyd olunmalıdır ki, üç onillik ərzində minalanmaya xərclənən yüz milyonlarla dollarla elm, təhsil və səhiyyə sahələrinə daha səmərəli sərmayə qoyula bilərdi. Bu gün həmin milyonlar sözün əsl mənasında torpağa basdırılıb və bir qayda olaraq müharibəyə dəxli olmayan insanların həyatını məhv etməyə davam edir”, - deyə məqalədə vurğulanıb.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Ağ Evdə UFC döyüşü keçiriləcək
06:52 04.07.2025
İstanbul ətrafında meşə yanğınlarını 700 canlı qüvvə və 7 təyyarə söndürür
06:32 04.07.2025
"İranın raket gücünün 25-30%-i istifadə olunub"
06:02 04.07.2025
"Apple" çılpaq vəziyyətdə edilən videozəngləri qadağan edəcək
05:37 04.07.2025
"Hizbullah" hərəkatı silahı yerə qoymaq üçün şərtləri açıqladı
02:24 04.07.2025
Vanil niyə yoxa çıxır?
01:22 04.07.2025
ABŞ Avropadakı qoşunlarını ciddi azaldacaq
00:19 04.07.2025
Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Hamısı