Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.
EDnews xəbər verir ki, bu haqda məlumatı aktyorun meneceri Temmuz Karıkutal açıqlayıb.
“Dəyərli aktyor Şekip Taşpınarı itirmək məni çox kədərləndirdi. İllər ərzində çox şey paylaşdıq. Hüzur içində yat, qardaş... Mekanın cənnət olsun”, - deyə o bildirib.
Qeyd edək ki, Ş.Taşpınar “Beyaz Gelincik”, “Kurtlar Vadisi Pusu”, “Behzat Ç.”, “Bir Ankara Polisiyesi”, “Karadayı”, “Cesur Yürek”, “Arka Sokaklar”, “Teşkilat”, “Yürek Çıkmazı” və s. seriallarda rol alıb.