Qüdsün taleyi bu cür olmalıdır - Bozkır | Eurasia Diary - ednews.net

15 İyun, Çərşənbə axşamı


Qüdsün taleyi bu cür olmalıdır - Bozkır

Münaqişələr A- A A+

Qəzzaya endirilən son hava zərbələri də daxil olmaqla, mülki şəxslərə və dini məkanlara edilən hücumları qəti şəkildə qınayıram. İsrail beynəlxalq hüquqa riayət etməli və öhdəliklərini yerinə yetirməlidir.

Eurasia Diary Axar.az xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır Tvitter hesabında yazıb.

"BMT işğal altında yaşayan, hər cür çətinliyə məruz qalan fələstinliləri qorumalı və bu mövzuda alınan qərarların həyata keçirilməsini təmin etməlidir. Üzv ölkələrdən gələcək tələb üzrə BMT Baş Assambleyasını çağırmağa hazıram. İsrail-Fələstin münaqişəsi BMT qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq, təhlükəsiz və tanınmış sərhədlər daxilində qurulmuş iki dövlət çərçivəsində həll edilə bilər. Qüds məsələsi sülh prosesinin son mərhələsində həll edilməsi vacib olan bir mövzudur", - Bozkır bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...