5 Avqust Cəmmu və Kəşmir Mübahisəsinin qorxunc dönüm nöqtəsi

Münaqişələr 09:11 05.08.2021

5 Avqust 2021-ci il, Hindistandaki BJP Höküməti tərəfindən Cəmmu və Kəşmir xalqının haqqlarına yönəlik yeni bir hücumun həyata keçirilməsindən bu yana qorxunc bir dönüm nöqtəsi olacaqdır. 5 Avqust 2019-cu il tarixində BJP Hökumətinin birtərəfli və qanuna zidd hərəkətləri səbəbindən Hindistanın Qanunsuz İşğal Edilən Cammu və Kəşmirində (IIOJ & K) insanlar daim qorxu və əndişə içərisində yaşayırlar. Təəssüf ki, hər gün bəzi Kəşmirli ailələr üçün matəm günüdür. Hindistan qüvvələri dünyanın ən yüksək səviyyədə hərbiləşdirilmiş zonasında, yəni İşğal olunmuş Cəmmu və Kəşmirdə davamlı terror hökmranlığını sürdürməkdədir.

5 Avqust 2019-cu ildə Cəmmu və Kəşmirdə Hindistan Hökuməti tərəfindən edilən bir sıra qanunsuz hərəkətləri araşdırmadan öncə sizə Kəşmir mübahisəsinin tarixi haqqında qısa bir məlumat verim. Başlanğıc üçün bildirim ki, Cəmmu və Kəşmir beynəlxalq səviyyədə tanınan mübahisədir və Birləşmiş Millətlər Təşkilatının yarımçıq qalmış gündəmlərindən biridir. Bu, 1947-ci ildən bəri Hindistan və Pakistan arasında Cənubi Asiyada sülhə və sabitliyə mane olan əsas siyasi mübahisədir. Hindistanın 1947-ci ildə Cəmmu və Kəşmir əyalətini qanunsuz və zorla işğal etməsi bu mübahisənin əsasını təşkil edir. Hindistanın 26 oktyabr 1947-ci ildə Kəşmir Maharajası ilə mübahisəli Qoşulma Sənədinin imzalanması iddiaları, keçən ilin 22 oktyabr 2020-ci il tarixli məqaləmdə müzakirə olunduğu kimi çox şübhəli olaraq qalmaqdadır. 

Arxa Plan

Hindistanın 1947-ci ilin sonunda Cəmmu və Kəşmiri qanunsuz olaraq işğal etməsindən sonra, yeni azad edilmiş Hindistan və Pakistan əyalətləri müharibəyə başladı. Müharibə əsnasında Kəşmir mübahisəsini ilk olaraq 1 Yanvar 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatına təqdim edən Hindistan oldu. Növbəti il, 1 yanvar 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı iki ölkə arasında atəşkəsin tətbiq olunmasna yardımçı oldu. Hindistan və Pakistanın qarşılıqlı razılığının nəticəsidir ki, BMT Təhlükəsizlik Şurası (UNSC) və BMT-nin Hindistan və Pakistan üzrə Komissiyası (UNCIP) 1947-48 müharibəsindən sonrakı illərdə bir neçə qətnamə qəbul etdi.

BMT-nin Kəşmirlə bağlı ən əsas qətnamələrindən biri olan 21 aprel 1948-ci il tarixli BMT Qətnaməsində deyilir: "Həm Hindistan, həm də Pakistan, Cəmmu və Kəşmirin Hindistana və ya Pakistana qoşulması məsələsinin demokratik yolla – azad və qərəzsiz plebisit yolu ilə həll olunmasını istəyir.” BMT TŞ-nın növbəti qətnamələri də eyni mövqeyi təsdiqləyir. 

BMT-nin Hindistan və Pakistan üzrə Komissiyasının – (UNCIP) 3 Avqust 1948 və 5 Yanvar 1949 -cu il tarixli qətnamələri BMT-nin TŞ-nın qətnamələrini daha da möhkəmləndirdi. 5 yanvar 1949 -cu ildə BMT-nin Hindistan və Pakistan üzrə Komissiyası - UNCIP "Cəmmu və Kəşmir əyalətinin Pakistan və ya Hindistana qoşulması məsələsinin demokratik yolla - azad və qərəzsiz bir plebisit üsulu ilə həll ediləcəyi" nəticəsinə gəldi”. 

Dönəminin ilk Baş Naziri Jawaharlal Nehru da daxil olmaqla, Hindistan Hökümətinin Birləşmiş Millətlər Təşkilatına, Pakistan və Cəmmu və Kəşmir xalqına BMT TŞ-nın qərarlarına riayət etməklə bağlı öhdəlik götürməsinə baxmayaraq, Hindistan, öz müqəddəratını təyin etmə vədinə riayət etməkdən imtina etdi.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 1990-cı ildən bəri BMT qətnamələrinə əsasən mübahisənin sülh yolu ilə həllinə çağıran bir neçə qətnamə qəbul etmişdir. Buna baxnayaraq, Hindistan IIOJ & K xalqına öz müqəddəratını təyin etmək hüququnu vermək istəməməyə davam edir, çünki J&K insanının Pakistanın lehinə qərar verəcəyini bilir. 

5 Avqust 2019:

Hindistan Konstitusiyası 1950-ci ilin yanvarında bəyan edildi. Hindistan, 370 və 35A saylı maddələri Konstitusiyasına daxil edərək, Cəmmu və Kəşmir əyalətinin unikal statusunu qəbul etdi və Cəmmu və Kəşmir xalqına bir muxtariyyət nümunəsi vemiş oldu. Bu müddəalar, J&K -nın mübahisəli bir ərazi olduğuna və onun son həllinin gözlənildiyinə əminlik olaraq daxil edilmişdir. 

Sürpriz bir həmlə ilə və Cənubi Asiyadakı  barış ümidlərinə böyük bir zərbə olaraq, 5 Avqust 2019-cu ildə, muxtariyyətin “əncir yarpağı” götürülərək Hindistan İşğalındakı Cəmmu və Kəşmirin sözdə xüsusi statusu ləğv edildi. Kütləvi ictimai reaksiyanın qarşısını almaq üçün Hindistan Hökuməti işğal olunmuş Cəmmu və Kəşmirə uzun müddət karantin tətbiq etmişdir. Ərazidə 180.000-dən çox əlavə işğalçı qüvvələr yerləşdirilmişdir ki, bu da artıq mövcud 700.000-dən çoxdur. Bu gün Hindistanın Qanunsuz İşğal etdiyi Cəmmu və Kəşmir, hər 8 Kəşmirli əhaliyə bir əsgər düşməklə dünyanın ən yüksək hərbiləşdirilmiş bölgəsinə çevrilmişdir. 

5 Avqust 2019-cu il tarixdən bu yana, 390-dan çox Kəşmirli IIOJK-da Hindistan işğalçı qüvvələri tərəfindən şəhid edilmişdir. Təkcə bu il (2021) ərzində Hindistan işğalçı qüvvələri gənc oğlan və qadınlar da daxil olmaqla 85 günahsız Kəşmirlini mühakimə etmədən qətlə yetirmiş, özbaşına 537 Kəşmirlini saxlamış və Kəşmirli əhalinin 31 evini dağıtmışdır. Beynəlxalq ictimaiyyət Hindistanın qanunsuz hərəkətlərini tənqid etmiş və Birləşmiş Millətlər Təşkilatı və digər insan haqları təşkilatları Hindistanın Qanunsuz İşğal edilmiş Cəmmu və Kəşmirində sistemli olaraq insan haqqları pozuntularını özündə əks etdirən bir neçə hesabat dərc etmişdir.

Xatırlamaq vacibdir ki, BMT Təhlükəsizlik Şurası çoxsaylı qətnamələri ilə "əlaqədar tərəflərin" bütövlükdə Cəmmu və Kəşmir əyalətinin gələcək forma və mənsubiyyətini təyin etmək üçün birtətəfli cəhdlərin- “Dövlətin bir mövqeyi” və “Cəmmu və Kəşmir əyalətinin son qərarı olmayacağını  təsdiqləmişdir və bu məsələnin  Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçiriləcək azad və qərəzsiz bir plebisit ilə, demokratik yolla ifadə edilən, insanların iradəsinə uyğun olaraq həyata keçiriləcəkdir". Hindistan hökumətinin 5 Avqust 2019-dan etibarən etdiyi bütün hərəkətlər təkcə BMT -nin bir neçə qətnaməsinin deyil, həm də işğal altındakı ərazidə hər hansı bir demoqrafik dəyişikliyə qarşı çıxan Cenevrə Konvensiyalarının pozulması deməkdir. 

5 Avqust 2021-ci ildə Cəmmu və Kəşmirin beynəlxalq səviyyədə tanınan mübahisəli bir ərazisində Hindistan hökumətinin qanunsuz və birtərəfli hərəkətlərinin ikinci ildönümü qeyd edilir. Azərbaycan Hökumətinin və xalqının bütün beynəlxalq forumlarda Kəşmir uğrunda mübarizədə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Azərbaycan xalqının, torpaqlarının xarici işğaldan azad olunması sevincini yaşayarkən, IIJO&K xalqının da yaxında yad hökmranlıqdan və qanunsuz xarici işğaldan qurtuluşunu qeyd edə biləcəklərinə ümid edirik.

(Məqalədə verilən fikirlər redaksiyanın fikirlərini əks etdirmir)
"Erməni xalqı artıq müharibə istəmir" - Tofiq Abbasov - VİDEO

Xəbər xətti

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb
01:00 02.05.2024
Dörd əfsanəvi futbolçu İtaliya millisinin hazırlığına qatılacaq
00:14 02.05.2024
Ukraynanın müdafiə naziri istefa verə bilər - İDDİA
23:49 01.05.2024
Ukrayna səfiri: Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub
23:23 01.05.2024
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
23:00 01.05.2024
Azərbaycan və Argentina arasında işçi qrupun ikinci iclasının keçirilməsi müzakirə olunub
22:37 01.05.2024
ABŞ-dan Rusiyaya SANKSİYA - Siyahıda Azərbaycan vətəndaşları da var
22:24 01.05.2024
Keniyada son bir ayda daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
22:15 01.05.2024
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb - FOTO
21:55 01.05.2024
Gürcüstanın hakim partiyası etirazlara rəğmən xarici agentlər haqqında qanunu qəbul etmək niyyətindədir
21:29 01.05.2024
Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib
21:00 01.05.2024
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
20:40 01.05.2024
MN: Ehtiyatdan çağırılan hərbi vəzifəlilər təlim toplanışına cəlb olunub
20:20 01.05.2024
Bakı, Astana və Daşkənd enerji sistemlərinin birləşdirilməsi imkanlarını öyrənəcəklər
20:20 01.05.2024
“Görüşün Qazaxıstanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır” – Deputat Vahid Əhmədov - VİDEO
20:00 01.05.2024
Füzulidə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
19:36 01.05.2024
Qəzzada ölənlərin sayı 35 minə YAXINLAŞIR
19:21 01.05.2024
İlham Əliyev İraqa səfər edəcək
19:05 01.05.2024
QMİ sədri: “Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir”
19:00 01.05.2024
İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib - YENİLƏNİB
18:55 01.05.2024
İlham Əliyev: “İraqla müdafiə sənayesi, energetika və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlər var”
18:50 01.05.2024
Bir neçə müntəzəm marşrut xətti müsabiqəyə çıxarılır
18:47 01.05.2024
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
18:40 01.05.2024
Şəmkirdə tikinti materialları satışı mağazası yanıb, bir nəfər xəsarət alıb
18:39 01.05.2024
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
18:28 01.05.2024
Bu il 50 aptekdə planlı yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
18:19 01.05.2024
Keçmiş gömrük əməkdaşına hökm oxunub
18:09 01.05.2024
12 min manat aliment borcunu ödəmədi – HƏBS EDİLDİ
18:00 01.05.2024
Deputat Vahid Əhməd: "Bu müharibənin olacağına heç vaxt inanmamışam" - VİDEO
18:00 01.05.2024
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə TƏYİNAT ALDI
17:50 01.05.2024
Şəmkirdə inşaat materialları mağazası YANDI - Xəsarət alan var
17:40 01.05.2024
Tofiq Abbasov: “İrəvanı faktiki olaraq yolundan azdırırlar”
17:30 01.05.2024
Prezident BMT Baş katibinin köməkçisini QƏBUL ETDİ
17:23 01.05.2024
Avropa Ittifaqı Gürcüstana çağırış edib
17:00 01.05.2024
Vəzifəli şəxslər cinayət başında tutulublar
16:56 01.05.2024
İyunda ardıcıl 5 gün iş olmayacaq
İyunda ardıcıl 5 gün iş olmayacaq
16:45 01.05.2024
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
Prezident: Azərbaycan çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verir
16:43 01.05.2024
COP29-un rəsmi saytı istifadəyə verilib
COP29-un rəsmi saytı istifadəyə verilib
16:42 01.05.2024
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
Prezident İraq Parlamentinin sədrini qəbul etdi
16:38 01.05.2024
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib
16:35 01.05.2024
Hamısı