Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə gərgin vəziyyət barədə məlumat yayıb.
Belə ki. axşam saatlarından etibarən regionda şiddətli atışma gedir.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, hazırda ölü sayı 1 nəfər olsa da, yaralananların sayı 17 nəfərə çatıb.
Yaralılar hər iki tərəfin hərbiçiləridir. Tacik Hökuməti yaralılar arasında 3 nəfərin mülki şəxs olduğunu açıqlayıb.
Qeyd edək ki, tacik hərbçiləri Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə məhəl qoymadan elektrik xətlərini və sərhəd zastavalarını minaatanlardan atəşə tutmaqda davam edir.
Tacikistan Respublikası İsfar rayonu və ətraf kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Rayonun meri Baxoraddin Baxodırzoda hal-hazırda hadisə yerindədər.
Mövcud vəziyyətlə bağlı Qırğızıstanın yerli hakimiyyət orqanları Tacikistanla həmsərhəd kəndlərin sakinlərini təxliyə edir.