İmran Xanın devrilmısində ABŞ-ın əli var? Yenidən seçkilər keçirilə bilər - ÖZƏL MÜSAHİBƏ

Münaqişələr 13:45 15.04.2022

Son zamanlar Pakistanda cərayan edən siyasi qalmaqal səngimək bilmir. Yeni Baş nazir Şahbaz Şərif qeyri-adi hadisələrdən sonra kürsüsünə əyləşsə də, bu ölkə daxilində sabitliyi bərpa edə bilməyib. 

İmran Xan isə...

Proseslərlə bağlı pakistanlı siyasi ekspert, professor Mahmud-ul Həsən Xan isə düşünür ki, hökumət daxilində təzyiqlərlə üzləşən İmran Xanın parlamentdə seçici etimadını itirməsi Pakistanın siyasi tarixində bir ilkdir. O, bu barədə  Ednews-a müsahibəsi zamanı deyib. O, həmçinin bunun provokasiya olması eləcə də, bu işdə ABŞ-ın əli olduğu faktını inkar edib. 

Beləliklə, maraqlı söhbətimiz başlayır.

- Keçmiş baş nazir İmran Xan son baş verənlərlə görə hökumət daxilindəki qüvvələri səbəbkar hesab edir və onları ABŞ-a gizli xidmət etməkdə günahlandırır. Bəs, Vaşinqtonun İmran Xanı hakimiyyətdən uzalaşdırmaqda məqsədi nə idi?

- Dünyada güc siyasəti həmişə çox mürəkkəb və bəzən anlaşılmazdır. Pakistanda baş verən siyasi proseslər də bu qəbildən sayıla bilər. Təəssüf ki, devrilmiş keçmiş baş nazir İmran Xan yeni Pakistan dövlətini inşa etmək üçün bütün dəstəyini itirmişdi və onun hakimiyyətinin süqutu labüd idi. 

Bundan əlavə, Pakistan Xalq Partiyası və Müsəlman Liqası (N) başda olmaqla müxalifət partiyalarının taktiki oyunu keçmiş hökumətin müttəfiq siyasi partiyalarının könlünü və ruhunu fəth etmişdi. Bunun nəticəsində də İmran Xan Pakistan Milli Assambleyasında səs çoxluğunu itirdi. 

O ki, qaldı sabiq nazirin ABŞ-la bağlı ittihamlarına, mən bunu tamamilə inkar edirəm. Bilirsiniz, bəzən siyasi arenada nüfuzu itirdikdə buna müxtəlif səbəblər axtarmağa çalışırlar. Imran Xan etiraz nümayişlərini alovlandırmaq üçün ABŞ-ı səbəbkar kimi öz ssenarisinə daxil edib. Müasir demokratiya və bəşər sivilizasiyasında birbaşa “xaricdən müdaxilə” adlandırılan hər hansı bir təhlükənin əsaslandırılması ağlasığmazdır.

Onu da əlavə edim ki, son keçirilən brifinqdən sonra birbaşa yeni hökumət Vaşinqtondan gələn hər hansı təhlükənin qarşısını almaq üçün daha güclü tədbirlər ortaya qoyub.

- Yeni seçilmiş Şahbaz Şərif İmran Xanın iddialarının araşdırılacağına söz verib və ona qarşı hər hansı sübut tapılarsa, istefa verməyə hazır olduğunu deyib. Yeni seçki təyin edərək sabiq nazir ədaləti bərpa edə biləcəkmi? 

- Bu sualın bir hissəsini artıq cavablandırmışam. Hətta Pakistanın ABŞ-da olan səfiri sözü gedən diplomatik dosyedə şəxsi fikirlərdən başqa heç bir faktı ortaya qoymayıb. Hesab edirəm ki, yalnız Pakistanda Milli Təhlükəsizlik Şurasının iclası qurulduqdan sonra ABŞ-ın bu məsələdə rolunun olub-olmaması ilə bağlı hər şey daha aydın olacaq.

Pakistanın Ali Məhkəməsi Pakistan Konstitusiyası çərçivəsində fəaliyyət göstərir. Qanunla bazarlıq etmək qeyri-mümkündür. Bu səbəbdən də sabiq nazirin qanunların aliliyindən narahat olmasına gərək yoxdur. Üstəlik, yeni seçilmiş baş nazir Mian Şahbaz Şərif Pakistana və təbii ki, sələfi İmran Xana qarşı birbaşa təhdid adlandırılan faktların həqiqətə uyğun olub-olmadığını sübut etmək üçün milli təhlükəsizlik şurasının kameralı iclasını təşkil edəcəyinə söz verib. 

- İmran Xan açıqlamasında qeyri-adi bir ifadə işlədib. O qeyd edib ki, hakimiyyətdə olduğu zaman təhlükəli deyildi, lakin bundan sonra daha pis olacaq. Keçmiş baş nazirin bu ifadəsini necə izah etmək olar?

- Keçmiş baş nazir sadəcə özü barədə çox yüksək fikirdədir. O düşünür ki, öz məşhurluğu sayəsində ölkədə insanların kütləvi səfərbər etməklə Pakistanın yeni seçilmiş hökumətini asanlıqla devirə bilər. Bəli, İmran Xan kütlələri ayağa qaldırmaqla yenidən hakimiyyətə qayıtmaq fikrindədir. Lakin mən deyə bilərəm ki, bu kimi lazımsız etirazlar və yürüşlərlə o, ölkədə siyasi qeyri-müəyyənlik və xaosdan başqa heç nəyə nail olmayacaq.

- Pakistanda kütlələr yeni seçilmiş Şahbaz Şərifdən razıdırlarmı? Ümumiyyətlə, mərkəz-sağçı olan Pakistan Müsəlman Liqası partiyası Pakistanın gələcək ictimai və siyasi həyatı üçün nələri vəd edir?

-Yeni seçilmiş baş nazir Şahbaz Şərif ölkənin ən böyük əyaləti olan Pəncab əyalətində güclü siyasi dəstəyə malikdir. Digər əyalətlərdə də yetərli qədər dəstəyi var. Fikrimcə, insanlar razıdır, lakin xalq hələ də devrilmiş baş nazir İmran Xanın təbliğatı ilə yeni seçilmiş baş nazir Şahbaz Şərifin vədləri arasında tərəddüd etməkdədir. Buna yalnız zaman qərar verəcək. 

Yeni baş nazirin siyasi səriştəsi və idarəetmə qabiliyyətinə gəlincə, deyə bilərəm ki, ortaya qoyulan bir çox mütərəqqi planlar, Pakistanda siyasi sabitlik və uğur haqda böyük vədlər verir. Lakin qarşıda yenidən seçkilərin keçirilməsi mümkündür və bu gözlənildiyindən daha erkən baş tuta bilər.

Elnur Ənvəroğlu 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Adı musiqi tariximizin səhifələrinə əbədi yazılmış bəstəkar
10:45 12.05.2025
Bədavi Hüseynov “Qarabağ”ın heyətində çempionatda 250-ci oyuna çıxıb
10:40 12.05.2025
İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
10:37 12.05.2025
"Putini mayın 15-də şəxsən Türkiyədə gözləyəcəyəm"
10:35 12.05.2025
Roma Papası gerbini və şüarını açıqlayıb
10:31 12.05.2025
Moqadişoda daşqın olub
10:27 12.05.2025
Misirin Baş naziri: Ölkədə 10 milyondan çox qaçqın var
10:24 12.05.2025
PKK özünü ləğv etdi
10:18 12.05.2025
Abşeron Milli Parkında Ümummilli Liderin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar veloyürüş təşkil edilib
10:10 12.05.2025
Qəzzada ölənlərin sayı 53 minə çatır
10:05 12.05.2025
Hindistanda ağır yol qəzası baş verib
10:03 12.05.2025
Şizofreniya xəstələrinin beyinləri sağlam insanlara nisbətən daha tez qocalır
09:48 12.05.2025
Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
08:12 12.05.2025
Hamısı