Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Avqustin köklərini aydın şəkildə əks etdirən gerbini və şüarını açıqlayıb.
EDnews ”xəbər verir ki, Roma Papasının gerbi onun Avqustin köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri – xüsusilə kilsə daxilində birliyi və ünsiyyəti aydın şəkildə əks etdirir.
XIV Leo, eyni zamanda, Avqustin ənənəsini əks etdirən şüar da seçib: “O bir olanda biz də birik”. Bu ifadə Müqəddəs Avqustinin “127-ci Məzmur haqqında şərh” adlı əsərindən götürülüb. Orada o izah edir ki, “biz xristianlar çox olsaq da, bir Məsihdə birik”.
Xatırladaq ki, Papa XIV Leonun pontifikatı mayın 18-də başlayacaq. Bu münasibətlə keçiriləcək mərasimdə müxtəlif ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Müqəddəs Pyotr Meydanında və ətrafında isə 250 min insanın toplanması gözlənilir.
Fatimə Mərdanlı //EDnews