Mayın 7-də Ukrayna ordusu PUA-larla Rusiyaya kütləvi hücuma keçib.
“EDnews”xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiyanın bir neçə hərbi zavodu vurulub.
Bildirilib ki, Saransk şəhərində fiberoptik kabellər istehsal edən zavoda bir neçə PUA zərbəsi endirilib. Bundan başqa, Tula şəhərində RYAS istehsal edən zavod da vurulub.
Moskva vilayətindəki Kubinka hərbi aerodromu da hücuma məruz qalıb. Bu aerodromda hərbi təyyarə və helikopterlər saxlanılırdı.
Fatimə Mərdanlı //EDnews