İrəvanda müxalifət tərəfdarlarının kütləvi yürüşü başlayıb.
Ednews xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Ria Novosti-nin müxbiri bildirib ki, İrəvanın Fransa meydanında yüzlərlə etirazçı toplaşıb:
"Onlar vətənpərvər mahnılar oxuyur, hakimiyyət əleyhinə şüarlar səsləndirirlər. Yüzə yaxın təhlükəsizlik əməkdaşı küçələrdədir. Onlar etirazçılara müdaxilə etmirlər. Tezliklə mitinq iştirakçılarının İrəvan küçələri ilə kütləvi yürüşə başlayacağı gözlənilir".
Xatırladırıq ki, Aprelin 25-dən bəri Ermənistan müxalifəti ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları keçirir.
Xanlar Əlibəy