Filippin prezidenti Rodriqo Duterte Rusiya prezidenti Vladimir Putini kəskin tənqid edib.
Ednews “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, o, bunu Putinin Ukraynada günahsız dinc sakinləri öldürdüyü üçün edib.
“Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm”,-Duterte ikisinin qatil kimi tanınmasına işarə edərək deyib.
Putini açıq şəkildə kumir və dost adlandıran Duterte açıqlamalarında ilk dəfə olaraq Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı iradını bildirib və o, Filippin də daxil olmaqla bir çox ölkəni sarsıdan qlobal neft qiymətlərindəki artımda üç aydır davam edən müharibəni günahlandırıb.
Duterte Rusiya prezidentini qınamadığını vurğulasa da, Putinin işğalı “xüsusi hərbi əməliyyat” adlandırması ilə razılaşmayıb və bunun həqiqətən suveren xalqa qarşı aparılan genişmiqyaslı müharibə olduğunu bildirib.
Rusiyanın Maniladakı səfirliyinə və Putinə “dost kimi” müraciət edən Duterte onları yaşayış məntəqələrini bombalamağı və artilleriya atəşinə tutmağı dayandırmağa və bombardmana başlamazdan əvvəl günahsız mülki şəxslərin təhlükəsiz şəkildə təxliyyə edilməsinə icazə verməyə çağırıb.
Mirvari Əzizova