Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal Xidməti ("Rosfinmonitorinq") terrorçu və ekstremistlərin siyahısını yeniləyərək, yeniyetmə Əmir Şaqatovu ora əlavə edib.
“EDnews” xəbər verir ki, Şaqatov Orenburqdandır. Doğum tarixi 13.04.2011-ci ildir. Bununla da o, siyahının ən gənc iştirakçısı oldu.
Mövcud qanunvericiliyə əsasən, bu siyahıya daxil olan təşkilatların və fiziki şəxslərin bank hesablarında olan vəsaitlər bloklanır, onlara xidmətin göstərilməsi dayandırılır.
Hazırda "Rosfinmonitorinq"un siyahısında 816 təşkilat və 17 820 fiziki şəxs var.