Ukraynanın Donetsk vilayətində azərbaycanlı həlak olub.
Ednews xəbər verir ki, bunu "Report"a müsahibəsində Ukraynanın Zaporojye vilayəti Azərbaycanlıları Konqresinin sədri Vahid Təhməzov deyib.
O, qeyd edib ki, mərhum Ukraynada “Gürcüstan legionu”nun sıralarında döyüşən və Zəngilan rayonundan olan əsgər Elşad Ağalovdur.
Təhməzov vurğulayıb ki, hazırda Konqres onun cənazəsinin Azərbaycana göndərilməsi məsələsi ilə məşğuldur.