“Azərbaycan ABŞ-a sanksiya tətbiq edə bilər” Elman Nəsirov

Münaqişələr 12:42 20.09.2022
“Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri regionda onsuz da kövrək olan sülh prosesinə, təhlükəsizlik mühitinə son dərəcə ciddi zərbə oldu”.
 
Ednews xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
 
Deputat vurğulayıb ki, xanım Pelosi açıq şəkildə, aydın mətnlə Azərbaycanı hədələdi:
 
“O, Azərbaycanın Ermənistan ərazisinə “müdaxilə” etdiyini, “təcavüzkar” olduğunu bəyan etdi.
 
Bu davranışı ilə tamamilə qərəzli, tamamilə ermənipərəst mövqedə olduğunu, əslində Birləşmiş Ştatların güclü erməni lobbi və diasporunun əlində bir alətə çevrildiyini növbəti dəfə isbatlamış oldu. Hətta özü ilə gələn nümayəndə heyətinin üzvləri də ermənipərəst konqresmenlər idi.
 
Elə bu səbəbdən də söyləyirdi ki, biz Ermənistana, təxminən ABŞ-ın Merilend ştatı boyda olan əraziyə dost kimi, həm də bir ailə üzvü kimi gəlmişik. Bunun xüsusi vurğulamaq istəyirəm ki, o, həm də qeyd etdi ki, Merilend ştatı boyda olan Ermənistan dörd tərəfdən sıxılmaqdadır.
 
O, Azərbaycanın, Gürcüstanın, Türkiyənin və çox qəribədir ki, İranın da adını çəkir ki, guya 4 istiqamətdə Ermənistana təzyiq var. Halbuki, İran bütün mənalarda Ermənistanı dəstəkləyir, hətta bunu gizlətmir və bunu açıq şəkildə ifadə edir. Xanım Pelosi görünür nələrinsə yerini səhv salıb.
 
Yəqin, yaş da özünü göstərir. Artıq yaşı 80-i ötmüş bir xanım görünür ki, ya bilərəkdən, ya da ki, yaşı ilə bağlı belə səhvlərə yol verir. Xanım Pelosinin səfəri ilə paralel şəkildə biz ABŞ Konqresində olan “Ermənistanın Avropa dostları”  qrupunun son dərəcə fəallaşdığına şahidlik edirik”.
 
Millət vəkili onu da əlavə edib ki, ermənipərəst konqresmenlər artıq Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini gündəmə gətiriblər və hər şeydə Azərbaycanın ittiham edirlər:
 
“Çox təəssüf ki, 30 il ərzində Ermənistan torpaqlarımızı işğalda saxladı və bir dəfə həmin konqresmenlərin səsi çıxmadı. Özləri isə haqq-ədalətdən, beynəlxalq hüquqdan danışırlar.
 
Əvvəla, ermənipərəst konqresmenlərin Azərbaycana qarşı sanksiyalar tətbiq etməklə bağlı hədələri əslində onu göstərir ki, bu konqresmenlər üçün Birləşmiş Ştatların qlobal maraqları deyil, dar erməni maraqları hər şeydən üstündür.
 
Qarşıdan noyabrda gələn parlament seçkilərində də varlı ermənilərin dəstəyinə nail olmaq üçün beləcə ermənidən çox erməni olmaq həvəsinə düşüblər və bu sahədə əməlli-başlı yarış gedir. Xanım Pelosi də həmin yarışın önündə gedən şəxsdir.
 
Doğurdan da, ermənipərəst konqresmenlərin dəstəyi sahəsində Azərbaycana qarşı sanksiya tətbiq edilsə, bu ilk növbədə  Birləşmiş Ştatlarının milli dövlətçilik maraqlarına, strateji maraqlarına çox güclü zərbə olacaq”.
 
“Birləşmiş Ştatlar çox gözəl fərqindədir ki, Azərbaycan hansı coğrafiyada yerləşir. Həmin coğrafiyada Azərbaycanın qonşuluğunda olan dövlətlərlə Birləşmiş Ştatların hansı gərgin münasibətlərdə olduğu da heç kəsə sirr deyil. Həm də onu da unutmayaq ki, Azərbaycan və Birləşmiş Ştatlar strateji tərəfdaşdırlar.
 
Görünür ki, yeni konqresmen və senator olmaq istəyi, yenə də varl-imkanlı erməni lobbisi və diasporundan pul alıb parlamentə düşmək istəyi o qədər yüksək səviyyədədir ki, ABŞ-ın milli maraqları bunun fonunda kölgədə qalır. Onu da həmin konqresmenlər unutmasınlar ki, beynəlxalq birliyin subyekti kimi Azərbaycan və ABŞ eyni hüquqlara malikdir.
 
Birləşmiş Ştatlar fövqəl dövlət olsa da belə, hər halda unutmasınlar ki, demokratiyadan insan haqlarından, sülhdən, beynəlxalq hüquqdan danışan rəsmi Vaşinqton fərqində olmalıdır ki, dünya nizamında  və beynəlxalq münasibətlər sistemində Azərbaycanın da bərabər hüquqları var”, - deyə deputat qeyd edib.
 
E.Nəsirov qeyd edib ki, Azərbaycana qarşı sanksiya tətbiqi ölkəmizi analoji addımlar atmağa vadar edə bilər:
 
“Buna görə də, bütün məsuliyyət ABŞ-ın üzərinə düşəcək. Eyni zamanda, Birləşmiş Ştatların regional siyasətində çox ciddi çatlar əmələ gələ bilər, çox ciddi dəyişiklər əmələ gələ bilər. Həmçinin, Azərbaycanın öz strateji tərəfdaşlara münasibətdə fərqli xətt seçməsinə, fərqli yanaşma ortaya qoymasına bais ola bilər və bunun üçün səbəblər yaratmış olar”. 
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
16:39 08.05.2024
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
Hava xəbərdarlıqları belə açıqlanacaq: Sarı, Narıncı, Qırmızı
16:35 08.05.2024
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
Bolqarıstan Prezidenti Ulu Öndərin məzarını ziyarət edib
16:25 08.05.2024
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
İlham Əliyev bolqarıstanlı həmkarını COP29-a DƏVƏT ETDİ
16:20 08.05.2024
Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
16:10 08.05.2024
Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü ALQIŞLAYIR
16:00 08.05.2024
Hamısı