ABŞ Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi heç vaxt tanımayacaq - Bayden - FOTOLAR - ednews.net

27 Noyabr,

(+994 50) 229-39-11

ABŞ Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi heç vaxt tanımayacaq - Bayden - FOTOLAR

Münaqişələr A- A A+
ABŞ referendumların nəticələrinə görə Ukrayna ərazilərinin Rusiya Federasiyasına daxil olmasını heç vaxt tanımayacaq.
 
Ednews TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezident Co Bayden bildirib.
 
"ABŞ heç vaxt Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanımayacaq. Rusiya referendumları uydurmadır, Ukraynanın bəzi ərazilərini güc yolu ilə ilhaq etməyə cəhd üçün saxta bir bəhanədir və bu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir", -deyə Bayden vurğulayıb.
 
ABŞ lideri ölkəsinin müttəfiqləri ilə birgə Rusiyaya qarşı əlavə iqtisadi tədbirlər üzərində çalışacağını deyib. Bayden onu da əlavə edib ki, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...