Yakutskda ziyafət zamanı Ukraynadan qayıdan şəxs öldürülüb.
Ednews lenta.ru-ya istinadən xəbər verir ki, iki şübhəli şəxs - 23 yaşlı və 31 yaşlı kişilər saxlanılıb.
Bildirilib ki, ziyafət zamanı içkili şəxslər arasında ölümlə nəticələnən mübahisə düşüb.
Mərhumun meyiti hissələrə bölünərək zibilliyə atılıb. Həmçinin, meyitin qalıqları zibil maşınında və qatillərin mənzilində tapılıb.
Hadisəni törədən şəxslər həbs olunublar.