Bolqarıstan Müdafiə və Xarici İşlər nazirlikləri Ukraynaya vasitəçilərin köməyi ilə Su-25 təyyarələri göndərməsi barədə xəbəri təkzib edib.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Nikolay Milkov ayrıca açıqlama verib.
“Bu barədə ilk dəfə sizdən eşidirəm”, deyə nazir jurnalistin sualına cavabında qeyd edib.
Qeyd edilib ki, bundan əvvəl, Bloomberg Bolqarıstanın 14 Su-25 qırıcı təyyarəsini Ukraynaya göndərmək planları barədə yazmışdı.