Ukraynanın paytaxtı Kiyevdə partlayış səsləri eşidilib.
Ednews xarici mətbuata istinadən xəbər verir ki, hava zərbələri kritik infrastruktur obyektlərinə endirilib.
Şəhərdə hava həyəcanı elan edilib, hakimiyyət sakinləri sığınacaqlarda qalmağa çağırıb. Partlayışlardan sonra yanğın baş verib.
Bəzi bölgələrdə partlayışlardan dərhal sonra elektrik enerjisi kəsilib. Odessa vilayətində və Xarkovda da partlayışlar olub.