İsrail qoşunları "geniş əməliyyat" zamanı Qəzza zolağının Xan Yunis şəhərini mühasirəyə alıb.
Ednews xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) Telegram-da yayımladığı məlumatda qeyd edib.
Yazıya görə, İDF qüvvələri HƏMAS Xan Yunis Briqadasının əhəmiyyətli qalası olduğu üçün orada əməliyyatı dərinləşdirib və əlavə edib ki, onlar onlarla "RPQ daşıyan terror hücrəsini" hədəfə alıblar.
Qeyd edək ki, paylaşılan məlumatda İsrail qüvvələrinin hava zərbələrini istiqamətləndirdiyi və nəticədə onlarla terrorçunun məhv edildiyi" bildirilib.
Əkbər