"Ukraynanın FrankenSAM hava hücumundan müdafiə sistemləri NATO-nun Rusiya ordusu qarşısında zəifliyini göstərdi".
Ednews "İnsider"a istinadən xəbər verir ki, təqaüddə olan ABŞ dəniz piyada polkovniki Mark Cancian Business Insider -ə açıqlamasında deyib. Onun sözlərinə görə, Ukrayna hərbçilərinin bu tip silahlardan istifadə etməsi NATO ölkələrində, o cümlədən ABŞ-da kifayət qədər yerüstü hava hücumundan müdafiə sistemlərinin olmadığını nümayiş etdirir.
"FrankenSAM"-lar Ukrayna üçün kritik bir boşluğu doldurur, çünki müttəfiqlərinin vermək üçün kifayət qədər yerüstü hava hücumundan müdafiə sistemi yoxdur. Doğrudur, "NASAMS" yer-hava raket sistemi kimi sistemlər qanadlı raketlərə və dronlara qarşı əla sistemdir. Problem ondadır ki, bizdə onların çoxu yoxdur ".
Əkbər Novruz