Oktyabrın 7-dən etibarən Qəzza zolağında öldürülən jurnalistlərin sayı 126 nəfərə çatıb.
Ednews xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisi məlumat yayıb.
Məlumata görə, bu gün Rəfah və Cibaliye şəhərlərinə təşkil edilən raket hücumları zamanı jurnalistlər Ela Həsən əl-Hims vəƏhməd Advanın Engham həyatını itirib.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.