Qəzzada ölən uşaqların sayı açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada məlumat verilib.
Məlumata əsasən, Qəzza zolağında 151 gün ərzində həyata keçirilən hücumlarda 13 min 430 uşaq, 8 min 900 qadının öldürüldüyü qeyd edilib.
Verilən açıqlamada xatırladılıb ki, həyatını itirən şəxslərin 70% - i qadın və uşaqlardan ibarətdir.
Əkbər