Prezident Emmanuel Makron gün ərzində mayın 13-dən kütləvi etirazların keçirildiyi Yeni Kaledoniyaya səfər edəcək.
Ednews xəbər verir ki, bunu Fransa hökumətinin sözçüsü Priska Teveno bildirib.
“Nazirlər Şurasının iclasında prezident bu axşam hadisə yerinə gedəcəyini söylədi”, - deyə o, Nazirlər Şurasının iclasından sonra keçirilən brifinqdə qeyd edib.